Patent almaq asanlaşır? - YENİ QAYDALAR
İxtira, faydalı model və sənaye nümunəsinin qeydiyyatı və patentin verilməsi qaydalarında dəyişiklik ediləcək.
Adalet.az xəbər verir ki, bu məsələ Milli Məclisin dekabrın 26-da keçiriləcək plenar iclasının gündəliyində yer alan "Patent haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) dərc olunmuş iddia sənədinə etirazın verilməsi müddəti qurtardıqdan və ya ixtira, faydalı model və ya sənaye nümunəsinə patentin verilməsinə dair qərar qəbul etdiyi tarixdən etibarən 2 ay ərzində ixtira, faydalı model və ya sənaye nümunəsinin qeydiyyatı, patentin verilməsi və dərc olunması üçün dövlət rüsumu ödənilməsi şərtilə ixtira, faydalı model və ya sənaye nümunəsini müvafiq dövlət reyestrində qeydə alacaq və iddiaçıya patent verəcək.
Patentin qüvvədə saxlanılması üçün haqqın ödənilməsi patentin qüvvədə olduğu il başa çatanadək həyata keçirilmədikdə müəyyən edilmiş əlavə haqq ödənilməsi şərtilə patentin qüvvədə olduğu müddətin bitdiyi tarixdən haqqın ödənilməsi üçün 6 ay əlavə möhlət veriləcək.
Digər Xəbərlər
26 Mart 2026 11:06
İrana göndərilən yardım Qaradağa çatdı
26 Mart 2026 09:47
“Məhz buna görə də bu iftira və şantajları artırırlar...”
25 Mart 2026 18:02
DYP yağıntılı hava ilə bağlı xəbərdarlıq etdi
25 Mart 2026 11:20
Əhaliyə xəbərdarlıq - HAVA DƏYİŞƏCƏK...
25 Mart 2026 11:18
Ermənistana Rusiya buğdası daşıyan yük qatarı Biləcəridən yola düşüb – YENİLƏNİB
24 Mart 2026 12:07
Dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq
24 Mart 2026 11:35
Milli Qəhrəman Pəncəli Teymurovun doğum günüdür
23 Mart 2026 18:45


Bakı -°C

