adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7

Qurultay - İradə TUNCAY yazır

İRADƏ TUNCAY
2579 | 2022-09-27 00:05

Qurultay nə  olan  şeydi bilirsiz ? Mən  imtahan verdiyim vaxtlardan xatırlayıram və sevmirəm o  sözü... İzah edim niyə... Sovet  İttifaqı  Kommunist  Partiyası hakim olduğu dövrlərdən dövləti idarə edən ali orqan idi (daha əvvəl isə hakimiyyətə  gəlmək  üçün proqram hazırlamışdılar və  uğurlu olmuşdu . Yəni  Çarı yıxıb gəlmişdilər). Yəni  yıxmaq məsələsində uğurlu idi.

Turan həvəslilər də bilirlər – qurultay Çingiz xanın hakimiyyət   formalaşdırma  vasitəsi olub. Belə  xırdalıqlara getsək bu  postu  bitirmək olmayacaq. Amma biz  təhsil  aldığımız dövrdə hər  5 ildən bir keçirilirdi və bu  qurultayların  qərarları  ən vacib məsələ  sayılırdı. İmtahan suallarına daxil edilirdi . Ona  görə zəhləm gedirdi. Yalan idi  və  yadda  qalmırdı. Bircə dəfə  doğruya bənzər müzakirələr  olmuşdu, lakin onu da  sonra imtahan suallarından çıxarmışdılar.  Xruşşovun  məşhur  XX  qurultayı (iyirminci yəni), Stalinin şəxsiyyətə pərəstiş dövrünün müzakirəsi, tənqidi

... Qeyd  edək ki, qorxu dövrünü sürgünlərdə keçirən sovet  xalqı üçün Xruşşovu qəbul  etmək çətin  idi . Amma Baş Katib deyirdisə məqbul  sayılmalı idi. Məcburi  məqbuliyyət. Məğlubiyyət  yoxaa... Xruşşov  dedi və məsələ bir  müddət gündəmdə  oldu . Stalinin cənazəsini mavzoleydən çıxarıb Kreml divarında dəfn etdilər, repressiya olunmuşlara bəraət  verdilər, sənət  aləmində ilıq  rüzgarlar əsməyə  başladı  və  sairə... Mülayimləşmə  siyasəti (ottepel).  Güzəran nisbətən  dəyişməyə  doğru getdi... Evsiz-eşiksizlərə  evlər  tikilməyə başladı, amma kasıblar  öz yerində  qalırdı yenə . Hələ çörək qıtlığı  da əlavə  olundu ... Xruşşovun  Amerika səfəri  sovet  xalqına baha  başa  gəldi . Kimə  xeyir gəlib ki, onlardan. Görə-görə  gəlirik.  O hava, Karib krizisi  Xruşşovun özünü də hakimiyyətdən apardı.  Bəzən diktator olmağa  məcbursan. Çünki iki  dünya müharibəsinin viran qoyduğu  bir  məmləkət  miras qalıbsa...  

Hələ  üstəlik  bütün  dünyanın quzğunları səni  didməyə  hazırlaşırsa nə  mülayim???  Sərt  siyasət  yürütməlisən!!!  XX qurultay da belə uçdu  havaya. Brejnev xaraktercə mülayim insan idi, amma  o da Stalini inkar etmək istəmədi...  Nə  isə qurultay (lar) görmüş bir  adam  kimi deyirəm bunları  və böyük, kasıb  dövlətin  vətəndaşı olmuş biri  kimi  deyirəm... Siz  indi  nəyin davasını  aparırsınız?   Doğrudan, demokratiya havası  dəyib sizlərə?  Heç  Sov.İKP qurultaylarını bu  qədər müzakirə  etmirdilər... Nə  qərara  alınıbsa  o da olmalıdı!!!   Bu dəfə  keçmiş  sədr mülayim biri  idi  və  Brejnevin siyasətini  yürüdə  bildi . Ən azından hamını yola  verə  bildi. Yeni  sədr sərt olacaq və məcburdu!!!  Orfoepik yaxınlıq da  var. Sədr, sərt!!! Yeni  DÜNYA MÜHARİBƏSİ  var gündəmdə, üstəlik lokal müharibəni də həll  etməyə çalışırıq. Hələ  yeni repressiyalar da  olacaq. Mütləq olacaq – yeni  üzvlər əbədi  üzvlər olası deyil ki?.. Mülayimlik dövrü deyil, dövlətin  qərarı sərt olmaqdı... Hələ qarşıdan yazıçıların qurultayı gəlir. Və  orda da yalnız  Moskva Dövlət  universitetini (Kolumbiya universiteti də  ola  bilər deyək)  bitirənlər deyil, sırf  rusdilli  yazarlar  baş  rolda görünə  bilərlər. Yazıçı və rus  dili. Sizin  rus dili  ilə  savaşınız  boşuna ...

Kardinal Rişelyenin Fransa tarixində müstəsna yeri var. Və bu Dümanın yaratdığı Kraliça ilə intriqalar düzənləyən obraza heç bənzəmir. Tarixdən azacıq  xəbəri olanlar bilirlər  bunu. Böyük siyasətçi olub... Bir qərarını xatırladım... Dueli Rişelye ləğv elətdirib Fransada. Böyük cəzalar və qorxularla... Hər kiçik söz, ötəri baxışa görə zadəganlar qırırmış bir-birini... Rişelyenin böyük qardaşı da dueldə həlak olmuşdu və bunun qarşısı alınmasa nə qədər gənc insanın həyatı bir heç uğruna sönüb bitərdi. Təbii,  söhbət zadəganlardan gedir...Və  o zaman üçün  insan ancaq  zadəganlar sayılırdı. "Дайте мне 6 строчек, написанных рукой самого честного человека, и я найду в них то, за что его можно повесить".  Bu da Rişelyenin sözləridi. Hər dövrün öz gerçəkləri var. Və qətiyyət  göstərməsəydi  Fransanın taleyi necə olacaqdı kim bilir? 

Köhnələr çox bildiklərindən pislik edirdi, təzələr heç nə bilmədiklərindən... Hansı daha pisdi? Bunu da mən bilmirəm .

Bütün insanların ikinci, üçüncü və bəlkə dördüncü, beşinci gizli həyatı olur. Ya  ürəyində, ya da realda . Bəzən elə  olur ki, həyatların çoxluğu  insanın   özünü də çaşdırır – harda doğru olduğunu, özünü unudur, özünü tapa  bilmir . İndi bu  virtual dünyanın yaranması çox insanın həyatına bir yüngüllük gətirib. Psixoloji çuxurdan çıxmaq  üçün... Amma  o  qədər ammalar da gətirib ki ... Trol  sözü  gətirib məsələn... Və  obrazlar... Və  bu  obrazlar   nəsildən-nəsilə ötürülür.  Hakimiyyət  onları  tanıyır və  istifadə  edir.  Lazım olduqları  an dövrəyə  girirlər  və...

Əvvəl deyirlər ki, məsəlçün keçi suyu bulandırdı. Sonra deyirlər ki, yox, keçi deyildi. Dovşan idi. Həm də bulandırmadı. Buladı... Dovşan dovğa buladı...

XX əsrin əvvəllərində, Rusiya inqilablarla qarışanda dönəmin daxili işlər naziri, baş naziri olmuş Pyotr Stolıpin belə bir söz deyib Dumadakı cıxışında, bu sözləri məzar daşında yazıblar:  Вам, господа, нужны великие потрясения; нам – нужна великая Россия!!!

Bizimkilərə çox aiddi bu söz... Elə bil marıqda yatıb gözləyirlər ki, dağılsın eeeeee...

Makiavellinin dediyi "Roma kilsəsinə yaxınlaşdıqca insanlar dindən bir o qədər uzaqlaşırlar" ifadəsi hər zaman aktualdı. Bu aforizmi hər sahəyə tətbiq eləmək olar...

Qədim bir şərq rəvayəti var. Deyir bir gün şeri, sənəti qiymətləndirən bir hökmdar öz ölkəsinin ən qüdrətli şairinin kimliyini öyrənib sarayına gətirmək fikrinə düşür. Vilayətlərə xəbər göndərir ki, əhalinin fikrini soruşub ölkənin bir nömrəli şairinin kimliyini öyrənsinlər. Adını yazıb təcili saraya göndərsinlər. Yerlərdən cavablar gəlir. Lakin hər cavabda müxtəlif şəxslərin adları yazıldığından şah dolaşır. Dünya görmüş ağıllı vəzirindən kömək istəyir. Vəzirin məsləhəti ilə şah ikinci fərman verir. Əmr edir ki, indi də ölkənin birinci və ikinci şairlərinin adlarını birlikdə yazıb göndərsinlər. Növbəti cavablar gələndən sonra şah görür ki, vilayətlərin hər biri əvvəl yolladıqları adların yanında bu dəfə eyni bir şəxsin adını yazıblar. Şah bu məsələni də aydınlaşdırmağı vəzirindən xahiş edir. Vəzir deyir ki, şah sağ olsun, torpaq təəssübü güclü olduğundan birinci dəfə hər vilayət öz həmyerlisini ölkənin ən adlı-sanlı şairi görmək istəmişdi. Bu dəfəki cavab isə əsl həqiqəti üzə çıxardı. Bütün cavablarda adı ikinci yazılan şair elə ölkənin ən qüdrətli şairidir.

Məncə, hər  rəhbərliyin dövründə  birgə  fotoları   paylaşıb  cəmiyyətə  necə  lazımlı  olduğunuzun davasını  döyməkdənsə  həqiqi  lazımlığın  harda olduğunu   müəyyən  etmək  vaxtıdı. Onu  da rəhbərlik biləcək  təbii... Biləcəkmi???

TƏQVİM / ARXİV