adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Qərbin hərbi sənaye şirkətləri gücdən düşür - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
1118 | 2023-02-07 13:12

Finikal Times qəzeti yazır ki, Avropa ölkələrində, Rusiya ilə müharibədə Ukraynaya silah-sursat göndərilməsi ilə bağlı böhran yaranıb.

Qəzetin verdiyi məlumata görə, silah istehsalçıları Avropa İttifaqı fövlətlərinin milli ehtiyatlarını təmin etməklə yanaşı, Kiyevi də silahla təmin etmək istəyirlər. Buna görə də, hərbi nəqsədlər üçün məhsulların hazırlanması Avropa sənayesinə əlavə çətinliklər yaradır.

Funikal Times yaxır ki, Ukrayna tərəfi gündəlik 500 min sursat göndərilməsini tələb edir ki, bu da bir çox böyük olmayan Avropa dövlətlərinin bir illik tələbatına bərabərdir. Bundan başqa bu tələbat sənaye obyektlərində xammal çatışmamazlığı ilə bağlı problemlər yaradır.

Bildirilir ki, böhranın aradan qaldırılması üçün bir sıra silah hazırlayan şirkətlər artıq çox növbəli iş qrafiki ilə işləməyə başlayıb və bunun üçün əlavə işçi qüvvəsu cəkb etmək məcburiyyətində qalıb. Buna baxmayaraq, tez bir zamanda istehsalın həcmini artırmaq mümkün olmur.

Niderlandın müdafiə naziri Kays Ollonqren bəyan edib ki, son yarım ildə Kiyevə 1,07 milyard avro dəyərjndə silah-sursat göndərilib.

Avropa İttifaqı ölkələri və ABŞ bu hesabla bütün hərbi sənaye komplekslərini Rusiyanın üzərinə göndərdiyini müşahidə edə bilərik. Rusiyanın hərbi sənaye kompleksləri isə, İranın göndərdiyi keyfiyyətsuz dronları nəzərə alınmasa, demək olar ki, bütün dünyaya qarşı təklikdə mübarizə aparır.

Amma nə vaxta qədər? Gedişat göstərir ki, tərəflərdə heç biri bu qanlı müharibədən geri çəkilmək fikirində deyil.

 

 

TƏQVİM / ARXİV