Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Xocavənd rayonunun Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olublar.
Adalet.az Prezident və xanımının Xanoba sakinləri ilə səmimi dialoqunu təqdim edir:
Sakin: Sizə çox təşəkkür edirik. O vaxt mən buradan tək çıxmışdım, bu gün isə bura 6 uşağımla gəlmişəm.
Prezident İlham Əliyev: Allah saxlasın.
Sakin: Allah Sizə cansağlığı, uzun ömür versin, cənab Prezident.
Kişi sakin: Sağ olun, uşaqları da götürüb gəlmişik.
Prezident İlham Əliyev: Neçə uşaqdır?
Sakin: Altı uşaqdır, üzr istəyirəm, yoldaşım qəhrəman anadır.
Prezident İlham Əliyev: Allah saxlasın. Çox yaxşı. Allah köməyiniz olsun. Yaxşı nümunə göstərirsiniz. Gərək əhali artsın, mütləq.
Sakin: Allah köməyiniz olsun.
Prezident İlham Əliyev: Düzdür, bu gün də artır, amma daha da sürətlə arta bilər.
Sakin: Biz Sizinlə fəxr edirik, dövlətimizlə fəxr edirik.
Prezident İlham Əliyev: Sağ olun.
Qadın sakin: Allah köməyiniz olsun, Allah Sizi var eləsin, dövlətimizi var eləsin.
Sakin: Cənab Prezident, Sizinlə şəkil çəkdirmək olar?
Prezident İlham Əliyev: Əlbəttə olar, çəkdirək.
Sakin: Çox sağ olun.
Prezident İlham Əliyev: Mehriban, sən də gəl, bizimlə şəkil çəkdir. Gəlin, gəlin.
Sakinlər: Sağ olun, çox sağ olun, Allah köməyiniz olsun.
Birinci xanım Mehriban Əliyeva: Qəhrəman ana ilə mən də çəkdirim.
Prezident İlham Əliyev: Bəli, gəl. Nümunə olmalısınız.
Birinci xanım Mehriban Əliyeva: Maşallah, Allah saxlasın.
Sakinlər: Çox sağ olun, var olasınız.
Birinci xanım Mehriban Əliyeva: Neçə yaşı var ən böyüyünün?
Qadın sakin: 18. Universitetə hazırlaşır. 11-ci sinifdədir hələ.
Birinci xanım Mehriban Əliyeva: Ən böyüyü, ən balacası?
Qadın sakin: Balacası, 4 yaşındadır.
Birinci xanım Mehriban Əliyeva: Maşallah.
Sakin: Maşallah gününüz olsun.
Birinci xanım Mehriban Əliyeva: Neçəsi qız, neçəsi oğlandır?
Sakin: 4-ü qızdır, 2-si oğlan.
Birinci xanım Mehriban Əliyeva: Allah saxlasın.
Kişi sakin: Çox sağ olun, Allah sizinkilərə dəyməsin, cansağlığı versin.


Bakı -°C
