Çinin şərqində yerləşən Usi şəhərinin hakimiyyət orqanları sakinləri sağlam həyat tərzinə stimullaşdırmaq üçün maraqlı bir təşəbbüslə çıxış ediblər.
Adalet.az “South China Morning Post” (SCMP) nəşrinə istinadən xəbər verir ki, Szyansu əyalətinin Lianqsi rayonunda yeni kampaniya başladılıb.
Proqramın şərtlərinə görə, sakinlər itirdikləri hər kiloqram çəki müqabilində pulsuz mal əti əldə edə biləcəklər.
Qeyd edək ki, martın 9-da start verilən layihəyə cəmi üç gün ərzində 2400-dən çox insan müraciət edib. Həmçinin bildirilir ki, yalnız regionda sosial təminat və ya tibbi sığorta ödənişi edən işçilər bu imkandan yararlana bilər.


Bakı -°C
