adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

“Qarabağ” və “Zirə” ikinci dəfə finalda üz-üzə gələcək

907 | 2024-04-25 12:07

Azərbaycan Kubokunun 2023-2024-cü illər mövsümündə finala yüksələn “Qarabağ” və “Zirə” ikinci dəfə həlledici görüşdə üz-üzə gələcək.

Adalet.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu komandalar 2021-2022-ci illər mövsümündə də finalda qarşılaşıblar.

Yarımfinalı adlayan bu iki klub kubokun finalında bir dəfədən artıq qarşılaşacaq 6-cı cütdür. İndiyədək 5 duel yenidən finalda təkrarlanıb.

Kubok mövsümünün son matçında “Neftçi” - “Qarabağ” cütü üç dəfə qeydə alınıb. “Neftçi” - “Şəmkir”, “Kəpəz” - “Qarabağ”, “Xəzər Lənkəran” - “İnter”, “Neftçi” - “Qəbələ” matçları iki finala təsadüf edib.

  • May:
  • 3

TƏQVİM / ARXİV