adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
05 May 2024 00:19
1150
İDMAN

Real Madrid” 36-cı dəfə İspaniya çempionu oldu - YENİLƏNİB

İspaniya La Liqasında 2023/2024-cü illər mövsümünün qalibi bəlli olub.

Beləliklə, “Real Madrid” sona dörd tur qalmış çempionluğu təmin edib.

Doğma meydanda “Kadis” klubuna üç cavabsız qolla qalib gələn “Kral klubu” “Barselona”nın səfərdə “Jirona”ya uduzmasından (2:4) sonra qızıl medalları rəsmiləşdirib.

Bu, Madrid təmsilçisinin 36-cı La Liqa çempionluğu olub.

Qeyd edək ki, hazırda ilk pillədəki “Real Madrid”in 87 xalı var. İkinci sırada 74 xalla “Jirona” qərarlaşıb. İlk “üçlüy”ü isə 73 xalı olan “Barselona” tamamlayır.

Mənbə: Marca

20:48

İspaniya La Liqasında 34-cü tura start verilib.

Adalet.az xəbər verir ki, günün maraqlı görüşündə “Real Madrid” “Kadiz”lə üz-üzə gəlib. Qarşılıqlı hücumlar şəraitində keçən görüşün ilk hissəsində komandalar çox çalışsalar da, hesab açılmayıb.

İkinci hissəyə daha fəal başlayan “Kral” klubu nəhayət ki, istəyinə çatıb. Brahim Diaz 51-ci dəqiqədə sükutu pozub. Hücumlarını daha da artıran meydan sahibləri yenidən rəqibi meydanın mərkəzinə dəvət ediblər. 68-ci dəqiqədə ingiltərəli ulduz Cud Bellingem fərqi artırıb - 2:0. Görüşdə son nöqtəni isə əsas vaxta əlavə olunmuş 4-cü dəqiqədə Xoselu qoyub - 3:0.