adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Qadınlar, cənnətə düşməyin, vay halınıza! - Eminquey yazır

EMİNQUEY AKİF
2278 | 2022-12-13 11:47

"İslama görə cinsi həyat” adlı kitab var. Müəllifi İlahiyyatçı natiq Əli Rıza Demircandır.

Kitabı oxuyanda adama elə gəlir ki, dindarlar həm dünyada, həm də axirətdə həmişə cinsi əlaqəni düşünürlər.

Süleymaniyyə məscidində 12 il imam hatiplik edən 9 uşaq atası, din xadimi Əli Rıza Dəmircan deyir ki, “İlahi ölçülərə uyğun cinsi həyat ibadətin bir hissəsidir”.

Kitabda ağıl və məntiqə sığmayan qəribə yerlər var. 

– Cənnətdə subay, tənha adam olmayacaq və Cənnətin ən aşağı mərtəbəsinə gündə 72 qadın veriləcək.

– Əgər tam mömin olsa, gündə 100 bakirə ilə cinsi əlaqədə ola bilər.

– Cənnətdə qadınlar cinsi yaxınlıq etdikdən sonra yenidən bakirə olacaqlar.

- Cənnətə daxil olanların 33 yaşı tamam olacaq.

- Cənnətdə hər insana 100 kişi qüvvəsi veriləcəkdir.

– Cənnət əhli cənnətə bədənləri tüksüz, üzləri saqqalsız, gözləri sürməli daxil olacaqlar.

– Cənnətə girən qadın dünyada din yolunda şəhid olan kişilərə veriləcək, amma qadın orda 5 kişi istəyə bilməyəcək, yalnız bir kişi istəyəcək, amma beş kişinin gücü onda olacaq. Ona hər cür həzzləri daddıracaq.

– Cənnətə gedən kişilərin cinsi orqanı əyilməz olacaq və həmişə dik qalacaq.

– Kişi səhərdən axşama kimi həm arvadı, həm də huriləri ilə cima (cinsiyyət) edə biləcək.

Necə də gözəldir! 

Yaşasın patriarxatlıq!

Yaşasın beş kişinin qüvvəsinə sahib olan cənnət əhli!

Yaşasın heç vaxt əyilməyən və dik duran... 

Əstafirullah!

Siz Allah, üzrlü sayın!

Gedim savab işlərlə məşğul olum, cənnətdə məni 72 qadın gözləyir.

Qadınları nə gözləyir?

Aman, aman, aman! 

Qadınlar, cənnətə düşməyin, vay halınıza!

TƏQVİM / ARXİV