Pul alıb vətəni satanlar... - Kəmalə Abıyeva yazır

KAMALƏ ABİYEVA
4189 | 2022-03-01 16:07

"Ukraynaya dəstək" aksiyasında təbii polislər vardı. Arada bir sədd kimi dayanmışdılar. Heç nə etmirdilər, yardım gətirənlərə şərait yaradırdılar.

Amma polisləri açıqca münaqişəyə çəkməyə çalışan bir-neçə insanlar da vardı. Bilirəm ki, əlində telefon məhz bu anı çəkməyi gözləyənlər də vardı. Sonra hardasa oturub guya xalqını düşünür kimi o youtube kanallarında göstərib, dövlətini aşağılamağa çalışacaqlar, prezidentə bağlayacaqlar və s. Mən bilmirəm o adamlar kimdi, kim maliyyələşdirir? Mənim üçün mənəviyyatsızdılar. Adam evində mübahisə edəndə çalışır səsini qonşu eşitməsin.

Bu yalan-palanla dövlətini, ya onun rəhbərini tənqid yox, təhqir etməyə çalışanları anlamıram. Ukraynada olan həmyerlilərimizi vətənə gətirmək üçün dövlət tədbirlər görür. Dünən Ukraynada təhsil alan gənclərimizdən də gördüm. Vəziyyət gərgin idi, bizə qayıdın deyirdilər, gələnlər oldu, bəziləri gəlmədi.İndi guya başqa ölkələrdən olanlar hamısı gedə bildimi?Yox. Azad.söz-dü deyəsən çəkib bir xanımı:İlham Əliyevə müraciət edir ki, niyə məni aparmırsan və s. tipli. Yəni bütün günü izləyirik, elə sakitcə bir otaqda oturub çəkiliş mümkün deyil. Bəlkə də xanım elə Bakıdadı, yəni mən belə başa düşdüm.

Ukraynada baş verənlərə baxıb həqiqətən də dövlətini düşünə bilən adam belə bir paylaşım etməz.Deməyim o ki, prezidenti sevmirsən, sevmə. Amma adam ol! Bu dövlət, ya hansısa məmur mənə bir damcı nəsə etməyib.Heç nə! Əksinə tanıdığım daha pullu, kiminsə qohumuna ediblər. Bir övladım var, ona da həmişə mane olublar. Tanıyanlarınız var. TV-lərdə meydanda olan aparıcıların hansından istedadsızdı? Olsun ədəbi mühit: kimləri imza etməyə çalışırlar, kimə ev, iş verirlər. Xaricdə çap etdirirlər...Az qalıblar bəzilərinin ata-anasına da fəxri adlar versinlər. Ayseldən üstünmü imzadılar- yox. Ondan istedadsızları çəkiblər hər yerə. Bütün bunları bilmirəm təkcə-yaşayıram. Əməllicə yaşayıram özü də. Amma torpağımı sevirəm.

Mən Azərbaycanı hansı məmura görə sevmirəm ki! Bura Vətənimdi! Vətən insan anlayışından yüksəkdədi! Gərək insan olasan, sonra bunu anlayasan. Vətən paltar deyil, ayaqqabı deyil, əyninə ola, ya olmaya. Pis hesab etmisən, getmisən. Get də! Bura İlham Əliyevin də vətənidi, mənim də. O prezidenti. Mən yox. O prezident kimi qorumağa çalışır. Və olanlara baxdıqca ona haqq verirəm. Belə vaxtda onun bank hesabı mənim üçün önəmli deyil.

Mən də vətən daşı olmağa çalışıram...Nəsə.Hərdən bu çəkilişlər çıxır qarşıma, yəni xaricdə oturub axmaqca guya bizə yaxşılıq edirlər.

Gəl burda mübarizə apar, həbsdə yat, nə bilim daha nə...Torpaq üçün ölənlərdən artıqsan? Pul alıb vətəni satanlar...Biri də var adı Turaldı deyəsən. ...Nə bilim...Bölüşmək istədim.

  • Dekabr:
  • 6

TƏQVİM / ARXİV