Polis istirahət zonalarında profilaktik tədbirləri davam etdirir - VİDEO

105 | 2025-08-09 12:14

Yay mövsümü ilə əlaqədar olaraq insanların turizm zonalarına üz tutması nəzərə alınaraq həmin məkanlarda vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə Masallı rayonunda polis əməkdaşları tərəfindən profilaktik tədbirlər həyata keçirilib.

Adalet.az xəbər verir ki, tədbirlər çərçivəsində polis naryadları sürücülərlə profilaktik söhbətlər apararaq sürət həddinə, ötmə və manevr qaydalarına əməl olunmasının, sərxoş vəziyyətdə avtomobil idarə edilməsinin yolverilməzliyi barədə məlumat veriblər. Vətəndaşlara istirahət etdikləri əraziləri çirkləndirməmək, azyaşlılar üzərində nəzarəti gücləndirmək və üzləşdikləri neqativ hallarla bağlı dərhal polis əməkdaşlarına məlumat vermək tövsiyə olunub.

Həmçinin, yay mövsümündə havaların isti və quraq keçməsi ilə bağlı meşəlik və açıq sahələrdə yanğın təhlükəsinin artması nəzərə alınaraq vətəndaşlara odla ehtiyatsız davranışın doğura biləcəyi təhlükələr və yanğına səbəb olacaq amillər barədə məlumatlar verilib.

 

TƏQVİM / ARXİV