İran yüksək vəzifəli dövlət nümayəndələrinin və Ali Rəhbər Ayətullah Seyid Əli Xameneinin öldürülməsinin intiqamını özünün vəzifəsi və qanuni hüququ kimi görür.
Adalet.az xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkianın başsağlığında bildirilib.
“İran İslam Respublikası ədalət axtarışını bu tarixi cinayəti törədənlərdən, əmr edənlərdən qisas almağı öz vəzifəsi və qanuni hüququ hesab edir və bütün gücünü bu böyük məsuliyyəti, öhdəliyi yerinə yetirməyə sərf edəcək”, - deyə prezident başsağlığında bildirilir.
*** 13:33
İranın ali liderinin öldürülməsi dünya miqyasında müsəlmanlara, xüsusilə də şiələrə qarşı açıq şəkildə müharibə elanı kimi dəyərləndirilməlidir.
Adalet.az xəbər verir ki, bunu bu gün İran prezidenti Məsud Pezeşkian bildirib.
Prezident vurğulayıb ki, bu hadisə “tarixi cinayət” hesab olunur və İran məsul şəxslərin müəyyən edilərək cəzalandırılmasını öz qanuni hüququ və vəzifəsi sayır.
Pezeşkian qeyd edib ki, İran bu hadisənin günahkarlarından və təşkilatçılarından qisas almaq üçün bütün imkanlardan istifadə edəcək və bu istiqamətdə səylərini əsirgəməyəcək.


Bakı -°C
