adalet.az header logo
  • Bakı -°C
01 Mart 2026 19:09
84
İDMAN
A- A+

"Turan Tovuz" - "İmişli" oyununda qalib müəyyənləşmədi

Misli Premyer Liqasının XXII turunda daha bir matç keçirilib.

Adalet.az xəbər verir ki, "Turan Tovuz" "İmişli" ilə qarşılaşıb.

"Azərsun Arena"da baş tutan görüşdə qapılara qol vurulmayıb - 0:0.

Turun mərkəzi qarşılaşmasında isə "Qarabağ" Tofiq Bəhramov adına Respublika Stadionunda "Sabah"la üz-üzə gələcək.

Qeyd edək ki, turun daha əvvəl keçirilmiş matçlarında "Kəpəz" "Sumqayıt"ı (3:0), "Zirə" "Araz-Naxçıvan"ı (1:0) məğlub edib. "Neftçi" - "Şamaxı" (2:2) və "Qəbələ" - "Karvan-Yevlax" (1:1) görüşlərində isə qalib müəyyənləşməyib.