adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Özümlə fəxr edirəm - Eminquey yazır

EMİNQUEY AKİF
1114 | 2022-05-04 14:24

Özümlə fəxr edirəm ki, AYB-nin rəhbəri gələndə farağat durmadım.

Özümlə fəxr edirəm ki, müsabiqədə heç kimə "buna yuxarı bal versəm məni keçəcək" qafasında qiymət verməmişəm.

Özümlə fəxr edirəm ki, (məni incitməkdən başqa bir işə yaramasa da) uzağı çox yaxşı görə bilirəm.

Özümlə fəxr edirəm ki, yazdığım mətnin həqiqətini dərk edə bilirəm.

Özümlə fəxr edirəm ki, ədəbiyyata kiminsə yeyib-içmək süfrəsindən gəlməmişəm.

Özümlə fəxr edirəm ki, kimisə yeyib-içmək qonaqlığı verdiyi üçün tərifləməmişəm.

Özümlə fəxr edirəm ki, kiminsə işçisi, kiminsə məddahı deyiləm və buna görə bütün yollarımda yaşıl işıq yanmır.

Özümlə fəxr edirəm ki, hamının balı-şəkəri deyiləm.

Özümlə fəxr edirəm ki, dişimlə-dırnağımla tanınan, sevilən beş gənc imzadan biriyəm.

Oldumu?

TƏQVİM / ARXİV