Nikos Dendias,siz dilinizi dinməz saxlayın ki,  Türkiyə də "təhlükəli" olmasın - Əntiqə Rəşid yazır

Əntiqə RƏŞİD
2842 | 2024-05-24 14:36

Yunanıstanın müdafiə naziri Nikos Dendias Türkiyənin Yunanıstana münasibətindən danışıb.

Dendias parlamentdə xüsusi olaraq deputatlara müraciət edərək bildirib ki, Türkiyə tərəfinin Yunanıstana münasibətdə tutduğu mövqe strateji və uzunmüddətli təhlükə yaradır.

“Əgər təkcə suverenlik hüquqlarına deyil, həm də suverenlik və azlıqların statusunun müəyyənləşdirilməsi ilə bağlı beynəlxalq müqavilələrə müraciət edən qonşu ölkə varsa, o ölkə açıq ontoloji təhlükədir”.

Əvvəlcə qeyd edim ki, Yunanıstandanyersiz və zamansız gələn açıqlamalar həmişə Ankara-Afina xəttində gərginliyi artırıb.
Uzağa getmədən son iki ildə Yunanıstanın arxadan Türkiyəyə zərbə vurmaq planlarının bir neçəsini burda xatırladacağam: Deməli 2022-ci ildə Yunanıstanın baş naziri Miçotakisin ABŞ-da verdiyi açıqlamalardan sonra Türkiyə ilə Yunanıstan arasında münasibətlər daha da gərginləşdi.

“CNN Yunanıstan” telekanalı baş nazir Kiriakos Mitsotakisin “Türkiyə planını” qalmaqallı başlıqla oxucularına açıqladı: “Mitsotakis bir tərəfdən türk siyasətçilərinin döyüş hayqırtılarını və anekdot ifadələrini cavabsız qoymur, digər tərəfdən də hər fürsətdə məsələni beynəlxalq arenaya çıxarır. Baş nazir ABŞ Konqres üzvlərindən xahiş edir ki, regionda silah satışı ilə bağlı qərarlar qəbul edərkən NATO-nun cənub-şərq cinahında yeni qeyri-sabitlik təhlükəsini nəzərə alsın deyərək, b dolayı yolla F-16 təyyarələrinin Türkiyəyə satışına icazə verməməyi tələb edir.

Daha sonra Fransa, Yunanıstan və Kipr AB-nin Ukrayna üçün Türkiyənin “Bayraqdar” PUA-larını almasına qarşı çıxıb.
Hələ 2020-ci ildə Türkiyənin Aralıq dənizinə “Oruc Rəis” seysmik tədqiqat gəmisinin göndərilməsi Yunanıstanda sərt reaksiya ilə qarşılanıb. Təcili Fransadan 10 milyard avroluq silah alacağını elan edən Yunanıstan 2020-2021, 2020-2025-ci il üçün iki silahlanma proqramı üzərində çalışdığını da vurğuladı.
O arada “Türkiyəyə qarşı müqavimət göstərən hərbi gücümüz var” deyən
Yunanıstan Baş naziri Kiriakos Miçotakis
Türkiyəyə Şərqi Aralıq və Egey dənizlərindəki haqlarından vaz keçmək çağırışı etdi və Avropa Birliyinin zirvə toplantısına qədər “hörmətli davranış” sərgiləyəcəyi təqdirdə sanksiyalardan qaça biləcəyini iddia etdi.Türkiyə indiki kimi qərarlılıq nümayiş etdirərsə, AB-nin sankisya qərarı çıxarmaqdan başqa seçimi qalmayacaq.
Artıq bu məsələ Avropanın həmrəyliyindən kənara çıxır. Məsələ Avropanın strateji maraqlarının, həyati mənafeyinin təhlükə altında olduğunu qəbul etməklə bağlıdır. Avropa gerçək şəkildə geopolitik gücünü göstərmək istəyirsə, “təcavüzkar” Türkiyəyə güzəştə gedə bilməz”
Yadıma düşmüşkən deyim: Həmin vaxt Türkiyə suriyalı qaçqınlar üçün Avropa sərhədini açmışdı axı... Bax onda, Yunanıstan Türkiyəni insan qaçaqçılığı etməkdə də günahlandırmışdı.

Xatırlayırsınızsa, hələ 2022-ci ildə dörd yeni baza ilə Yunanıstandakı ABŞ bazalarının sayı 9-a çatdı. 2021-ci ilin iyul ayında ABŞ Aleksandropolisdə 400 tank və zirehli texnika yerləşdirdi. Türkiyə prezidenti Ərdoğan bu bazalar haqda, onlar “Rusiyaya qarşı deyil, Türkiyəyə qarşı qurulur” deyə açılqlama verdi. Təbii ki, baza Türkiyədən cəmi 45 kilometr aralıda yerləşməsi Ərdoğanı haqlı çıxarır.
Türkiyənin "qulağının dibində" yaradılmış hərbi bazaların “Rusiyaya qarşı qurulması” nağılına heç uşaqda inanmazdı.
Hətta ötən il ABŞ Yunanıstanda - Skyros və ya Lemnos adalarında yeni hərbi baza tikməyi planlaşdırdığını açıqladı: Bununla yanaşı, Yunanıstan üçün ABŞ-ın adalar üzərində nəzarəti Yunanıstanın əhəmiyyətli hərbi obyektlərini Ankaradan gələn istənilən təhlükədən qorumağa imkan verəcək", - materiallarda deyilir.
Ümumilikdə, ölkə daxilində 20-yə qədər ABŞ hərbi bazasının yerləşdirilməsi planlaşdırılır. Lakin bu iki ada ABŞ-ın əsas diqqətini cəlb edir.
İndi Yunanıstanın rəsmi şəxsinin- müdafiə naziri Nikos Dendiasın Türkiyədən guya narahat olması, onu təhlükə adlandırması gülünc görünsə də, bunlar hələ də başa düşmürlər ki, erməni kimi şüvən salmaqla, məzlum sifət alıb ağlamaqla heç kəsin haqqına girmək mümkün deyil. Elə Türkiyə kimi bir qüdrətli ölkənin haqqına girmək isə heç mümkün deyil.


Yunanıstan üçün ən yaxşı və təhlükəsiz yol qonşu ilə mehriban olmaq, dilini qarnına soxub susmaqdır. Əks halda Avropaya, ABŞ-a pənah aparıb qonşusuna təpik atan xırda ölkələrin aqibətini gözünün qabağına gətirməlidir.


 

TƏQVİM / ARXİV