adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

NATO Ukraynada 8 min hərbiçi itirib? - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
1330 | 2023-02-08 14:36

Rusiyanın Lenta.ru saytı, guya "Mossad"ın məlumatlarına əsasən iddia edir ki, NATO Ukraynada 8 min əsgərini itirib. Ukraynanın itkiləri isə, Rusiyanın itkilərindən 9 dəfə çoxdur. Bu isə qələbəyə oxşamır, yəqin ki "Minsk 3" danışıqlarının başlanmasını gözlənilməlidir.

"Gözəl dünya" mövzusu xarici mətbuatın və sosial medianın gündəmindən düşmür. Ukraynada baş verən hadisələr elə sürətlə "inkişaf" edir ki, qərb siyasətçilərinin döyüş meydanında Rusiya üzərində qələbəyə inamının azaldığı müşahidə olunur Ona görə də, onlar düşünürlər ki, necə etmək olar ki, Rusiyanın hücumlarının qarşısı alınsın və bu məğlubiyyət kimi yox, müvəffəqiyyət kimi qymətləndirsin. Özü də həm siyasi, həm də hərbi müvəffəqiyyət kimi.

Türkiyənin "Hurseda" mətbu orqanı, "Mossad"dakı (!) mənbələrinə əsasən bildirir ki, Ukrayna bu müharibədə külli miqdarda hərbi texnikası ilə yanaşı 157 min hərbiçi itirib. NATO isə guya 5360 muzdlu, 2458 üzv dövlətlərinin hərbiçisini və 234 hərbi məsləhətçisini itirib.

Ruslar iddia edirlər ki, NATO bu müharibədə formal olaraq iştirak etməsini etiraf etməsə də, artıq Ukrayna cəbhəsində 8 min hərbiçisini itirib.

The Waşigton Post yazır ki, "Respublikaçılar elə düşünürlər ki, Birləşmiş Ştatlar həqiqətən də münaqişənin həll olunması üçün bütün güclərini sərf edir".

Yaddan çıxarılmamalıdır ki, hazırda Respublikaçılar partiyası tək başına ABŞ-ın xarici siyasətini həll etmir. Onlar yalnız aşağı palatata çoxluq təşkil edirlər. Ona görə də, onların NATO-nun siyasətinə müdaxilə etmək gücündə olmaları az ehtimal olunur. Təbii ki, Alyansın sitasətində dəyişikliklər gözlənilir. Özü də qərbin təbliğatçıları bu dəyişikliklərə ukraynalıları da hazır etməyə çalışırlar.

Ukrayna prezidentinin bu yaxınlarda istefa vermiş keçmiş ofus işçisi Aleksey Aristoviç bəyan edib ki, müharibə heç də ukraynalıların gözlədiyi kimi bitməyəcək. Ukrayna itirilmiş ərazilərini geri qaytarmaya da bilər və Qərb də bu ssenari ilə razılaşar. Aritoviçin fikirincə "Minsk 3" danışıqlarının başlanması perspektivləri real görünür. Bu da "İki Koreya" ssenarisinin təkrarı ola bilər.

Bütün bunlar təbii ki, müharibənin həm cəbhədə, həm də münaquşə ətrafında gedən təbliğat maşınlarında davam etdiyinin göstəricisidir. Əslində Qərb Rusiyaya hərbi məğlubiyyət niyyətindən əl çəkməyib. Ən kiçik imkandan belə istifadə etməklə Krıma zərbə endirəcəyinə şübhə yoxdur. Bu isə müharibənin daha da şiddətlə davam etməsi ilə nəticələnəcək.

Rusiya tərəfi isə, verilən bəyənatlardan da göründüyü kimi, məqsədlərinə çatmayana qədər geri çəkilmək fikirində deyil.

Yəni, görünən odur ku, Rusiya - Ukrayna müharibəsi sonsuzluğa qədər davam edə bilər.

 

 

TƏQVİM / ARXİV