adalet.az header logo
  • Bakı -°C

Rusiya demokratik ölkə sayıla bilərmi? - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
250 | 2025-11-27 12:04
A- A+

Rusiya Fedetasiyasının prezidenti Vladimir Putin 2036-cı ilədək dövlətin milli siyasət strategiyasını təsdiq edib. Strategiya 61 bənddən ibarətdir.

Sənnədə göstərilir ki, ölkədə keçirilən bütün tədbirlərdə rus mədəniyyəti və ənnənələrinin təbliği 50' faizdən aşağı ola bilməz. Rus dili və mədəniyyətinin xaricdə genişləndirilməsi əsas konsepsiya olmalıdır. "Rusafobiya"-"ksenofobiya" və neonasizmlə mübarizə genişləndirilməlidir.

 Vladimir Putin hökumətə tapşırıb ki, xarici ölkə vətəndaşlarına münasibətdə, hüquq bərabərliyi, cinsindən, irqindən, milli mənsubiyyətindən, dilindən, mənşəyindən və maddi imkalarından, vəzifəsindən, dinə münasibətindən, yaşayış yerindən asılı olmayaraq, Rusiyanın demokratik hüquqi dövlət olduğu aşılanmalıdır. 

 Rusiya prezidentinin bu fərmanından sonra, adam bu ölkədə yaşayan xalqlara qiptə etmək istəyərdi, lakin hazırki durum göstərir ki, Putinin bu fərmanı da, daha əvvəllər verdiyi sözlər kimi boş hava, adi kağız parçasından başqa bir yük daşımır. 

  Kağız üzərində özünü "demokratik dövlət"  kimi təqdim etmək, hələ ölkənin həqiqətən hüquqi dövlət olması anlamına gəlmir. Suveren dövlətin ərazilərinə hərbi müdaxilə etmək, ərazilərini işğal etmək, milli mənsubiyyətinə görə, insanları təqib etmək və onlara qaşı vəhşicəsinə rəftar etmək, demokrativ ölkə anlayışı ilə heç cürə uyğun gəlmir.

Əslində,  Rusiya Federasiyasının Konstitusiyası, Putinin imzaladığı fərmanın bir çox bəndini özündə əks etdirir. Lakin, xüsusiylədə son vaxtlar qəbul olunan- siyasi və dini baxışlarına görə, bir sıra insanların hüquqlqrının məhdudlaşdırılmasna, "xarici agent" elan edilmədinə dair bir çox qanunlar və normativ aktlar, demokratiya anlayışı ilə üst-üstə düşmür. 

 Bundan başqa, ölkənin kütləvi informasiya vasitələri durmadan, açıq-aşkar ölkənin qeyri- rus millətinin nümayəndələrini aşağılamaqdan, milli mənsubiyyətlərini təhqir etməkdən belə çəkinmirlər. Maraqlıdır ki, bu təhqirləri efirlərdən səsləndiən Kremlin ruporları-solovyovlar, simonyanlar, baqdasarovlar, şeninlər və sairlərinin heç biri rus millətindən deyillər.

 Belə olan halda, verdiyi fərmanları ilə, əməlləri düz gəlməyən Rusiya prezidentinin  növbəti kağız parçası,  dünya ictimayyətini Rusiyanın "demokratik ölkə" olduğuna inandıra biləcəkmi?

 

  • Oktyabr:
  • 31

TƏQVİM / ARXİV