adalet.az header logo
  • Bakı 4°C
  • USD 1.7

MASKA VƏ ONUN...

FƏRİDƏ RƏHİMLİ
55875 | 2017-06-16 15:38

Yurdu sarmış qabalıq, yaltaqlıq,

Yüksəliş varsa, səbəb alçaqlıq.

Hüseyn Cavid



Sizcə insanları yaltaq, ikiüzlü olmağa vadar edən nədi? Niyəinsanlar düşüncələrini içlərindən gəldiyi kimi yox, qarşi tərəfə xoş getsindeyə söyləyirlər?

Əlbəttə, kimisə, nəyisə itirmək qorxusu, kiminsə yanında pis olmaqqorxusu! Yaltaqlar o qədərçoxalıb ki, onların universitetini açmaq olar.

İnsanın yaranışından bu yana həmişə özündən hakimiyyətdə, mövqedə,gücdə, ad-sanda, şöhrətdə... üstün olanlara yarınmaqla yaşam tərzini qarantiyəalmaq mövcud olub. Ömür payımın yarısı sovet hakimiyyəti illərinə düşdüyündəniki fərqli hakimiyyət quruluşunda - o dövrlə indinin müqayisəsində dəyarınmanın, yaltaqlığın, riyakarlığın, ikiüzlülüyün... get-gedə daha daartdığının şahidiyəm. Bu nə kasıblıqla, nə aclıqla, nə də dövrə, zamana görəortaya çıxan bir əlamət deyil. Bu, mənəviyyat məsələsidir. İnsanlarınmənəviyyatı aşılanır - təbii ki, səbəblər müxtəlifdi, amma ən başındamənəviyyat durur.

Bu gün kənardan başqalarının gözündə çox rəzil görünən yaltaqlarəsla bundan narahat olmur, əksinə özlərini haqlı sayır, bununla dolanışıqyollarını tapdıqlarını hesab edirlər.

İkiüzlü adamların öz üzü o qədər iyrəncdir ki, daha bir üzdənistifadə etməli olur. İkiüzlülük rəzalətin ləyaqətə ödədiyi vergidir.

Amma bu keyfiyyətlə rahat yaşaya bilmək üçün vicdanından,mənliyindən əl çəkməlisən. Bütün yaltaqlar, adətən yalançı olurlar. Çox zamanyaltaqlıq qorxudan törəyir. Elə adamlar yaxşı günündə sənə yaltaqlansa da, pisgünündə mütləq sənə arxa çevirəcək. Çünki yaltaqlanası yeniləri peyda olacaq. Hamınıtərifləyən adamlar isə heç kəsi qiymətləndirmirlər.

Üzə tərif söyləmək də yaltaqlıq əlamətidir. Amma təəssüf ki, bütünzamanlarda padşahlar, şahlar, krallar... həmişə tərif xoşlayıblar və bunun üçünsaraylarında məddah şairlər, yaltaq vəzir-vəkillər, təlxəklər saxlayıblar. İndidövran dəyişsə də, həmin forma qalmaqdadı. Yəni, paltar dəyişib xasiyyət,məziyyət qalıb və daha da püxtələşib. Kiçik bir idarədə də yaltaqlıqla başınıdolandıranlar, məddahlığa görə mükafatını alanlar və düz danışdığına görə işləriniitirənlər, gözdən düşənlər var.

Bu günün tələbi budu, əgər pis olmaq istəmirsənsə, doğru bildiyiniiçində saxla, ürəyini deşsə də, söyləmə!

Hər kəs üzdə yaltaqlığı pisləyib-yamanlayır, ancaqyaltaqlananlara, onları öyənlərə nəninki dözür, hətta onlara rəğbət duyurlar,onların tərifləri canlarına yağ kimi yayılır, onların dediyi təriflərin həqiqiolduğunu güman edib, düzünü söyləyənlərə düşmən kəsilirlər. Düz danışanın haqlıolduğunu sinirə bilmir, üzlərinə söylədikləri doğru sözləri qəbullənə bilmirlər.Unudurlar ki, yaltağın sözü zəhər qatılmış bal kimidi. Qarşındakı səni sevən vəhörmət edəndirsə, heç vaxt yaltaqlanmaz, acı da olsa düzünü söylər. Adamlarılayiq olduğundan az öymək paxıllıq, çox tərifləmək yaltaqlıqdı. Yaltaqlar düzadamları sıradan çıxarmaq üçün əllərindən gələni edirlər. Çünki onlardanqorxurlar. Doğruların başda olması yaltaqlara sərf eləmir. Çünki vəzifə başındaolan doğru insan yaltağa meydan verməyəcək, bu isə onun süqutu deməkdir.

Harda namərd möhür vurur -

Sınır ürək, itir qürur...

Yaxşıları susub durur,

Yamanın səsi bərk çıxır!

(Bağışlasın, müəllif adını unutmuşam)

Üzə deyilən tərif həm danışanı, həm də dinləyəni rüsvay edər.Yalnız ən nanəcib adam üzə tərifləyib, arxasınca söyə bilər. İkiüzlü adamlarhəmişə kölədirlər, biri getdisə, digərinə yarınacaqlar. Yaltaqlar nə özləri, nədə özgələri haqqında yüksək fikirdə olmadıqları üçün yaltaqlıq edirlər və onlarM.Ə.Sabirin: "Olmasaydı cahanda sarsaqlar, ac qalardı yəqin ki,yaltaqlar" deyimini çox bəyənirlər. O zaman, yaltaqların nəzərdə tutduğumənsəb sahibləri, uğur qazanmaq istəyirsinizsə, yaltaqlardan uzaq olun! Bilinki, yaltaqlıq edən səni ya aldadır, ya da aldatmaq istəyir. Axır bir gün üzdəkimaskalar cırılacaq və o zaman çox gec olacaq!

Deyir dünyada üç şey təhlükəlidir: uşaq əlində bıçaq, axmaq əlində

hakimiyyət, yaltaq dilində tərif.

Makedoniyalı İsgəndər bir nəfərə qarşı ittihamı dinlyərkən birqulağını yumurmuş. Ondan bunun səbəbini soruşanda deyirdi: "Bu qulağımımüttəhim üçün saxlayıram"...

Bəli, bir qulağınızı da doğru danışanlar, sizə yarınmayanlar, siziyersiz tərif yağışına tutmayanlar üçün saxlayın. Bəlkə söylədikləri siziuçurumun kənarından qaytaracaq!..


TƏQVİM / ARXİV