"Keçmiş nəqliyyat naziri Roman Starovoytun intiharı şoka səbəb oldu".
Adalet.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə deyib.
"Təbii ki, bu, bizi də şoka saldı", - Peskov jurnalistlərin Rusiya Nəqliyyat Nazirliyinin keçmiş rəhbərinin başına gələnlərə Kremlin reaksiyası ilə bağlı suallarını cavablandırarkən deyib.