adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

“Korluq” - Vüqar Abbasov yazır

VÜQAR ABBASOV
2482 | 2023-07-21 12:35

Mətbuatımız... Bunları çoxdan yazmaq istəyirdim, amma tərəddüd edirdim. İndi isə yazmağa qərar verdim. Xüsusi vurğulamaq istəyirəm ki, mətbuatda olmuş, olan dəyərli, özünə, sözünə dəyər verən, vicdanını qoruyan qələm sahiblərinə aid deyil.

Azərbaycan mətbuatının hazırkı vəziyyəti mənə José Saramagonun “Körlük” (“Korluq”) əsərini xatırladır. Həqiqəti yazmalı, dilə gətirməli olanların əksəriyyətinin gözləri sanki tutulub. Onlar gördüklərini deyil, eşitdiklərini, daha doğrusu qulaqlarına pıçıldananları yazırlar. Gözü görənlərin də əksəriyyəti isə özünü korluğa qoymağa məcburdur. Sözünü etdiyim əsərdə müəllif yazır: “Gözlərinin gördüyünü bildikləri anda korlar sənə nifrət edəcəklər. Düşünmə ki, kor olmağımız bizi yaxşı insan edib. Hələ tam korlanmasaq da buna bir şey qalmayıb. Bunu anlamaq üçün yemək paylanan vaxt yaşananları görməyin yetər.” Bəli, korlar arasında hər şeyi görmək asan deyil, hələ bir də gördüyünü yazar, dilə gətirərsənsə, vəziyyətin lap çətin olar, korlar üstünə düşəcəklər. Axı onlar görmürlər, “inandıqları” adamların, onlara “yol göstərənlər”in dediklərinə inanırlar ki, onların dedikləri görünən mənzərədən fərqli olur. “Korlar” əsasən hər şeylə təmin olunurlar, görmə qabiliyyəti olanlar isə hər şeyi özləri əldə etməlidirlər. Həm də buna görə də görənlərin əksəriyyəti özünü korluğa qoymağa məcbur olur, çüni bölgü ədalətli deyil. Bu mənzərə də sönünü etdiyim əsərdə gözəl təsvir olunub: “Bəzilərimizn ağzına bir loxma dəymədi, bəziləri isə iki adamın yeməyini qamarladı. Demək ki, düzgün bölüşdürülməyib; hörmət və nizam – intizam olmayınca, düzgün bölüşdürmə, paylaşım da olmaz.”

Əgər bir gün gözlənilmədən gözlər açılb, vicdanlar oyanarsa, mənzərinin necə olduğunu görəndə, hər şey gec ola bilər. Nə qədər ki, gec deyil, “mətbuatın havasını” təmizləmək lazımdır ki, bu havadan gözlər kor olmasın.

P.S. Bir daha qeyd edirəm ki, bu yazılanlar hər kəsə aid deyil. Yeri gəlmişkən, sözünü etdiyim əsəri kim oxumayıbsa oxumasını tövsiyyə edərdim.

TƏQVİM / ARXİV