2025-ci ilin təhliləri göstərir ki, Agentliyimizə istilakçı hüquqları ilə bağlı daxil olmuş müraciətlərin təxminən 30%-i məhz rəqəmsal sahədə olan münasibətlərdən formalaşır.
Adalet.az xəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədrinin birinci müavini Cəfər Babayev “Müasir rəqəmsal dünyada istehlakçılar: elektron ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik məsələləri” mövzusunda forumda deyib.
O bildirib ki, budinamika təkcə Agentliyin məlumatı, datası əsasında deyil, həm də digər orqanların təhlilləri əsasında da öz əksini tam olaraq tapıb:
“Son zamanlar Mərkəzi Bankın yaydığı məlumata görə, hər il elektron platformada olan ticaret nəticəsində nəğdsiz ödənişlərin sayı dayanmadan artır.
Bu sahədə istehlakçı hüquqlarının müdafiət edilməsi üçün bizim əlimizdə bir dövlət orqanı olaraq bir sıra səlahiyyətlər və alətlər var. Bu alətlərlə yanaşı, biz bu sahədə istehlakçı hüquqlarının təmin edilməsini təkcə güc və qanunla, bizə verilən səlahiyyətlərlə yox, eyni zamanda bizim əlimizdə olan yumuşaq güclə də təmin etməyə çalışırıq. Elektron rəqəmsəl sahədə baş verən münasibətlər göstərir ki, artıq ən ənənəvi istehlakçı və sahibkar arasında olan münasibətlər tamamilə digər bir prizmadan nəzərdən keçirilməlidir. Ona görə də, biz daha çox bu sahədə elektron platforma sahəblərinin sahibkarlarla görüşləri daimi keçiririk. İstehlakçılarla isə maarifləndirmə işləri görürük.
Dayanıqlı iqtisadi inkişaf qarşılıqlı edimad üzərində qurulmalıdır. Hesab edirik ki, qarşılıqlı etimadı iqtisadiyyatda formalaşdırmaq üçün i̇stehlakçı hüquqlarının tanınması və onların müdafiəsi ən əsas elementlərdən biridir. Məhz bunu nəzərə alaraq, sahibkarları, ictimai nümayəndələri çağırıram ki, istehlakçı hüquqlarını tanıyaq, onların müdafiəsini daim təşkil edək və bununla da dayanıqlı iütisadiyyata töhvə verək”.


Bakı -°C
