Sosial şəbəkələrdə alış-verişlə bağlı XƏBƏRDARLIQ
Sosial şəbəkələr üzərindən həyata keçirilən alış-verişlər istehlakçı hüquqlarının pozulması riskini artırır.
Adalet.az xəbər verir ki, bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlak bazarına nəzarət şöbəsinin müdiri Yusif Tapdıqlı Bakıda keçirilən "Müasir rəqəmsal dünyada istehlakçılar: elektron ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik məsələləri" mövzusunda forumda bildirib.
Onun sözlərinə görə, bəzi istehlakçılar sosial şəbəkələrdə hüquqi statusu və əlaqə məlumatları olmayan hesablar vasitəsilə kartdan-karta köçürmə yolu ilə alış-veriş həyata keçirirlər: "Belə hallarda qarşı tərəf sahibkar kimi tanınmadığı üçün istehlakçı hüquqlarının qorunması çətinləşir və hüquqları pozulan şəxslərin müraciətlərinə baxılması zamanı müəyyən çətinliklər yaranır. İstehlakçılara alış-veriş zamanı satıcının hüquqi statusunu və əlaqə məlumatlarını yoxlamağı, rəsmi satış kanallarına üstünlük verməyi tövsiyə olunur".
Digər Xəbərlər
12 Mart 2026 14:02
"Daxili Qoşunların hərbçiləri tapşırıqları layiqincə yerinə yetiriblər" - Vilayət Eyvazov
12 Mart 2026 13:59
Nazir Vilayət Eyvazov Daxili Qoşunların 34 illiyi ilə bağlı tədbirdə - VİDEO+FOTOLAR
12 Mart 2026 13:28
Dilənçiliklə məşğul olanlar cərimələnəcək
12 Mart 2026 13:19


Bakı -°C

