adalet.az header logo
  • Bakı -°C

İşsizlikdən sığorta fondunun büdcəsi nə qədər olacaq?

110 | 2025-12-29 14:56
A- A+

İşsizlikdən sığorta fondunun (İSF) 2026-cı il üzrə xərcləri 266 400 000,0 manat məbləğində təsdiq ediləcək.

Adalet.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” qanunda əksini tapıb.

Bu xərclərin maliyyələşmə mənbəyi aşağıdakılar olacaq:

- işsizlikdən sığorta fondunun 2026-cı il büdcəsinin gəlirləri 238 300 000,0 manat;

- işsizlikdən sığorta fondunun 2026-cı il yanvarın 1-nə yaradılmış ehtiyatından 2026-cı ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən 28 100 000,0 manat.

Müzakirələrdən sonra layihə səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

TƏQVİM / ARXİV