Prezident DSMF-nin 2026-cı il büdcəsini təsdiqləyib
Prezident İlham Əliyev "Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında" qanunu təsdiqləyib.
Adalet.az xəbər verir ki, qanuna əsasən, gələn il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcə xərclərinin 8 milyard 483,1 milyon manat (bu illə müqayisədə 10,5 % çox) olması proqnozlaşdırılır.
Xərclərin 8 milyard 323,1 milyon manatının DSMF-nin gəlirlərinin (9,3 % çox), 160 milyon manatının isə Fondun cari ilin sonuna istifadə olunmamış qalığının (2,7 dəfə çox) hesabına qarşılanması nəzərdə tutulur.
DSMF-nin büdcəsinin xərclərinin əsas hissəsini əmək pensiyalarının, sosial sığorta haqqı hesabına müavinətlərin ödənişi, həmçinin Fondun aparatının və digər struktur bölmələrinin saxlanılması ilə bağlı xərclər təşkil edəcək.
Digər Xəbərlər
02 Aprel 2026 12:22
Nağd xarici valyutanın alışı satışını 51 milyon dollar üstələyib
02 Aprel 2026 11:32
Üçünün bir məqsədlə birləşməsi nəyisə dəyişə biləcəkmi? - İqtisadçı
31 Mart 2026 17:38
Azərbaycan-Türkiyə biznes tərəfdaşlığı müzakirə edildi
31 Mart 2026 11:21


Bakı -°C

