İranın nüvə reaktoru belə vuruldu - VİDEO + YENİLƏNİB

190 | 2025-06-19 15:53

Xəbər verdiyimiz kimi, İranın Arak şəhərindəki nüvə reaktoru İsrailin havaa qüvvələri tərəfindən vurulub.

Adalet.az xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin rəsmisi hücum barədə məlumatı təsdiqləyib.

Qeyd olunub ki, nüvə reaktoru aktiv deyildi və buna görə də ekoloji təhlükə potensialı yoxdur, lakin o, İsrail sakinləri üçün gələcək təhlükə yaradırdı. 

Hücuma məruz qalan nüvə reaktoru nüvə bombası üçün istifadə edilə bilən xammal olan plutonium istehsal etmək üçün nəzərdə tutulmuşdu.

Zərbələr İsrail ordusunun Arak və Xəndab vətəndaşlarına açıq xəbərdarlıq edərək onları dərhal ərazini tərk etməyə çağırmasından bir neçə saat sonra baş verib.

***09:44

İranın nüvə proqramının bir hissəsi olan Arakda yerləşən ağır su tədqiqat reaktorunun yaxınlığındakı ərazi İsrail tərəfindən hücuma məruz qalıb.

Adalet.az xəbər verir ki, bu barədə İran mətbuatı yazıb. 

Arak ağır su nüvə obyektinə hava hücumundan sonra, ərazidə qatı tüstü yaranıb. 

Məlumata görə, obyekt hücumdan əvvəl boşaldılıb və radioaktiv sızma qorxusu yoxdur.

Reaktor hələ tamamlanmayıb. Tehran Beynəlxalq Atom Enerjisi Agentliyinə onu gələn il istismar etmək niyyətində olduğunu bildirib.

 

TƏQVİM / ARXİV