Ot bağlamaları yandı...
Bu gün bölgələrdə ot, yonca biçiminə başlanılıb. Təbii ki, kənd yerlərində həmişə bu vaxtlar ot, yonca biçilir, toplanır və sonra da daşınır. Bax o daşınma zamanı bir çox problemlər meydana gəlir.
Həmin problemlərdən biri də ot, yonca bağlamalarının yük maşınları və traktor qoşquları ilə daşınmasıdır. Çünki bu daşınmalar zamanı otun üstündəki adam yaxıla bilər və ot bağlamaları maşına və traktorun qoşqu hissəsinə yaxşı bağlanmadığından o bağlamalar yerə düşə bilər, eləcə də digər avtomobillər üçün qəza yaradar.
Bütün bunlar sürücülər və həmin məhsulun sahibləri tərəfindən nəzərə alınmalıdır. Bir neçə gün bundan öncə yük maşınında ot bağlaması aparılarkən maşında yük çox olduğundan bağlamalar elektrik xəttinə toxunub, nəticədə ot bağlamalarında yanğın baş verib.
Yanğın zamanı həm ot bağlamaları , həm də yük maşını yanıb. Bütün bunlar onu göstərir ki, bəzən yük maşınlarında, traktor qoşqularında ot, ot bağlamaları aparılarkən yanğın təhlükəsizliyi qaydalarına əməl edilmir və bu da sonda ağır hadisələrə gətirib çıxarır.Ona görə də həmin insanlar diqqətli olmalı, mövcud yükdaşıma qaydalarına əməl etməlidir!!!
Emil Faiqoğlu
Digər Xəbərlər
13 Mart 2026 12:11
19 yaşlı qadın doğuş zamanı öldü
13 Mart 2026 10:41
Sumqayıtda PARTLAYIŞ - Yaralılar var - YENİLƏNİB
13 Mart 2026 10:21
Bakıda binanın həyətindən meyit tapıldı
12 Mart 2026 19:20
Xəlil Köçərli 100 yaşında vəfat etdi
12 Mart 2026 11:34
Yarıçılpaq gəzən qadın xəstəxanaya yerləşdirildi - VİDEO
11 Mart 2026 11:22
Qəzada ölən şəxsin yaxınları axtarılır - Əlində “Süleyman” yazılmış döymə var
10 Mart 2026 18:50
Səfirlik ölən azərbaycanlı ilə bağlı MƏLUMAT YAYDI
10 Mart 2026 14:08


Bakı -°C

