İran xəbərdarlıq edir... - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
1201 | 2023-10-19 12:15

İran hərbi qüvvələri baş qərərgahının rəhbəri Mohammad Baqeri, Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə görüşü zamanı bildirib ki, İsrailin digər  ölkələr tərəfindən dəstəklənməsi, yeni oyunçuların münaqişəyə qoşulmasına gətirib çıxara bilər.

 "Sionist rejimin cinayətləri, onu birbaşa dəstəkləyən və hərbi kömək edən digər ölkələr vəziyyəti daha da gərginləşdirirlər. Bu da meydana yeni oyunçuların çıxmasına gətirib çıxara bilər"- deyə Beqeri bəyan edib.

İranın baş qərərgah rəhbəri digər ölkələr dedikdə ad çəkməkdön çəkinsə də, əslində ABŞ-ı, yeni oyunçuların meydana ( yəni müharinəyə) girməsinə "gətirib çıxara bilər" deməklə İranın münaqişəyə qoşula biləcəyini nəzərdə tutur.

Beqeri Şoyqunun (yəni Rusiyanın) arxasında olduğuna əmin olaraq müharibəyə qoşula biləcəkləri ilə kimi və yaxud kimləri təhdid etmək istəyir, anlaşılmır.  Beqeri əgər ABŞ-təhdid edirsə, ABŞ-ın aviadaşıuıcı gəmiləri,uçan eskadrionu və hələlik iki minlik ordusu ilə, məhz İranın münaqişəyə qoşulmasını əngəlləmək üçün İsrail sərhədlərinə yerləşdirildiyindən yəqin ki, xəbərsiz deyil. Heç Birləşmiş Ştatlar da nə üçün və kmin üçün  İsrail yaxınlığına bu qədər hərbi qüvbə topladığını gizlətmir. Hətta bu barədə Qətər dövləti  vasitəsi ilə qeyri-rəsmi İrana xəbərdarlıq da göndərib. 

Təbii ki, tezliklə atəşkəsə nail olunmayacağı təqdirdə Fələstin-İsrail münaqişəsinin ümumregional münaqişəyə çevrilmək ehtimalları artacaq. Atəşkəsə nail olunması üçün isə tərəflərin qarşıya qoyduğu şərtlər bir-birinə tərs müntanadibdir. Fələstinlilər sərhədlərin 1967-ci ildəki vəziyyətə gətirilməsi və dövlət kimi, şərqi Yerusəlimin onun paytaxtı kimi tanınmasını istəyir, İsrail isə "yaxın dostu" ABŞ -la bunun tam əleyhinədir.

Yəni görünən odur ki, Şoyqunun (Rusiyanın) havasına oynayan İranın xəbərdarlığı boş qazan qapağının saldığı dəs-küydən  başqa bir şey deyil. 

 
 

TƏQVİM / ARXİV