adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

iNSAN, iNSAN, iNSAN

20781 | 2012-08-27 15:49
Hər bir fərdin özü ilə bağlı bilmədiyi bir gerçək var, varlığını inkar etdiyi GERÇƏK. Bu gerçək həmişə bizmlədir. Ta, yaranmış vəziyyətdən çıxış yolu axtardığımız anda ortaya çıxana qədər. Görəsən insan, dünyada gedən bu oyunların içində oyunçuya çevrilirmi? İnsanın problemlərini artıran nədir? Hər şey gözümüzün qabağında birdən-birə elə dəyişir ki... Ayaqlaşmaq istəyirik. Ancaq gücümüzü buna uyğunlaşdıra bilməyəndə bir vay qalxır ki, başlayırıq lənətləməyə. Bütün cəmiyyət bundan narahatdı. Əlimiz çatmır istəklərimizə. Axı biz bir az əvvəl bunu istəmirdik, elə rahat idik ki, nə səbəb oldu. Deməli, hər şey özümüzdən başlayır.
   
    İnsan hər şeyin yükünü çiyinlərində daşıyır.
   
   Anlamağa çalışaq. Hər şey o qədər də sadə deyil.
   
   İnsanın rəğbəti, nifrəti onun istehsala və istehlaka münasibəti təbii hüquqlarından asılı olmayaraq, cəmiyyət həyatına daxil olur. Bu prosesdə insanda müxtəlif sosial dəyərlər formalaşmağa başlayır. Eyni zamanda bu, sistemli xarakter daşıyır. Qaranlıq, vücudu bürüyən soyuq tər, göz yaşı və keşkələr bir-birini qamçılamağa başlayır. Günahkarlar tapıb ortaya çıxmışıq. Heç şübhəsiz ki, ətrafdakı insanların bizi nə qədər cazibədar, dəli və ağıllı olduğunu bilmələrini istədiyimiz üçündür. Ən güclü insanın da zəif yeri var. Gizlətmək məcburiyyətində qalanlar bunu gizlədə bilir. İçimizdəki boşluqlardır onlar. Biz bu boşluqlarda vurnuxuruq. Bunun özəl olduğunu bildiyimiz vaxta qədər.
   
   Bunun düstürü var. Bəşəriyyət bu düstür üzərində dayanıb. Dəqiq qənaət olmasa da iddialı iddialar var. Ona görə də hər şey zamana yəhərlənib. Bəlkə yox. Bunu da bilmirik. Hər halda burda bir hikmət var. Çünki bu gerçək bizim deyil, dövr edir. Bütün kainat təsdiqlənmiş kəslərdir. Hamımız yaşamaq istəyirik, məqsədimiz yalnız buna hesablanıb. İnsanın siması, sifəti onun başlıca identifikatoru olduğundan emosiyalarımız, hisslərimiz, əhvalımız istəklərimizin cəmləşdiyi mexanizmdir.
   
   İnsanlar bir-birlərinə oxşamırlar.
   
   İnsan fərqli psixoloji xüsusiyyətləri olan, heç kəsə oxşamayan təbii varlıq olmaqla, cəmiyyət üzvü kimi ictimai münasibətlər sisteminə obyektiv surətdə müdaxilə edir. Rasional baxışlarımıza qarşı çıxan içimizdəki MƏN (eqo)-in irrasional təsiri ictimai davranışlara səbəb olmaqla bizi təbii vəziyyətdən çıxarır. Mənəvi böhran və ictimai gərginliyə gətirib çıxarır. Nəticədə iki divar arasında qalmış insanın içini bürüyən ziddiyyət ictimai atmosferi zədələyir. Axtarıb, günahkar elan etdiyimiz insanları başlayırıq ittiham etməyə, cəzasını verə bilmədiyimiz ittiham. Nəticədə gunahkar elan etdiyimiz insanları qəbul etməməklə, içimizdə onlara qarşı bir hədə çəpəri hörürük. Bu hədəni, bu gərginliyi eqo yaradır. Ən ağrılısı isə mövcud imkanlarla, potensial imkanlar uzlaşmayanda gərginlik pik həddə çatır.
   
   Eqolarımız bizi idarə edir, yoxsa biz eqolarımızı?...
   
   İnsanın əməl və hərəkətlərində, intellektual iradəsi - biokimyəvi, ümumi somatik, neyrodinamik (sinir sisteminin xassələri), psixodinamik (temperament xassələri) xassələri qarşılıqlı əlaqədə olduğundan vəziyyət nəzarətdən çıxır. Hamını qamçılayırıq, hamı günahkardır. Çıxış yolu tapmırıq, hər yolu da özümüzə sığışdırmırıq. İctimai davranışlarımızda bunu gizlətməyə çalışırıq, ancaq hara qədər axı. Gücümüz çatmayan daşı qaldırıb ayağımıza salsaq da, yenə güc edirik. "Axı o qaldırıb, mən niyə qaldıra bilmirəm", -deyə özümüzü qınamamız insanın içindəki eqonun dilidir: potensial imkanlarla, mövcud imkanlar həmişə bir-birini tamamlamır.
   
   Göründüyü kimi güclü eqolarımız var: eqolarımız bizi idarə edir, yoxsa biz eqolarımızı?...
   
   Psixologiya ilə maraqlanan hamı bilir ki, eqodan qaçmaq mümkünsüzdür. Eqo insanın fərqində olmadan içində yaratdığı bütdür. Narsist (Narsisizm: insanın özünə vurğun olması), eqoist olması bir-birini tamamlasa da eqoizm insanı uçrumdan yuvarlaya biləcək qədər güclü daxili mifdir, bundan xilas yolu isə hamıya məxsus deyil. Hər bir insan bioloji varlıq olmaqla, digər tərəfdən də sosial varlıqdır. Məhz insan - sosial varlıq kimi cəmiyyətə cavabdeh olduğundan o hər yerdədir. Bir şeydən həddindən artıq şikayətlənməsi, barışmamazlıq fərdin gizli eqo probleminin olduğuna işarədir. Eqosu güclü olan insalar heç vaxt problemlərdən çıxış yolunu tapa bilmir, qarşılaşdığı vəziyyətlərdə şifahi izahlar verir, hansı ki, praktikada onun təsdiqi mümkünsüzdür. Onların bacardıqlarına dair iddiaları təsdiqlənmədikdə, onlar üçün bütün ətraf qaydasız döyüş arenasına çevrilir. Onlar üçün yalnız, "mən" deyə bir yanaşma olduğundan, mənəvi imkanları həmişə kölgədə qalır.
   
   Nə qədər ki, insan özünü dəyişdirmək barədə qərar verməyib, onu islah etmək mümkün olmayacaq. Bu təsdiqlənmiş teoremlər ətrafında əsrlərdir mübahislər davam edir. Bu, insanın ictimai münasibətlərdə davranışını təyin edən faktor olduğundan görünməyən bir yerdə özünü kökləyə bilib.İnsanın özünü yaratması, özünü təsdiq etməsi təkcə ictimai çərçivədə yox, özü ilə eqo arasında qarşılıqlı nizamla tənzimlənir. Sübut olunub ki, insanları maarifləndirmək, düşdükləri vəziyyətdən çıxarmaq üçün yeganə çıxış yolu onların içindəki kamilliyi kəşf etməklə aradan qaldırmaqdır.
   
   Mənəvi imkanlar uzlaşmayanda
   
   Eqo- vəziyyətlərin yaratdığı ictimai gərginliyin davamlı olaraq artması informasiya bolluğundan irəli gəlir. Rastlaşdığı, tanıdığı və izlədiyi obrazların tərəfmüqabili olmaq istəyi, fərqində olmadan özünü o insanların yerində görmək iddiası informasiyanın ötürdüyü psixolji vəziyyətlərdən törəyir.
   
   Bu vəziyyətdə sərhədləri olan müəyyən davranışlar nəzarətdən çıxır, potensial imkanları ilə uzlaşmayan problemlərin yaşanması isə fərdin cəmiyyətə adaptasiyasını zədələyir. "Taleyin işidir" deyən insanlar hesab edir ki, onlar artıq cəmiyyət üçün lazım deyil, funksiyalarını və etibarlılığını itirdiyini düşünür. Təbiidir, çünki həmin insanların daxilində yaratdığı və mənəvi əsaslara söykənməyən "hegemonluq" onları cəmiyyətdən təcrid edir.
   
   Bununla yanaşı, eqomanların yaradıcı və utopik (xəyalpərəst) xarakterik cəhətli funksiyaları vardır. Bunlardan mənəvi imkanları ilə potensial imkanları uzlaşan özünü praktiki olaraq təsdiq edən yaradıcı şəxlər cəmiyyət üçün, ictimai münasibətlərdə xüsusi statusa sahib olmaqla, içindəki arzuları sürətlə reallaşdırır. Bu, şanslı insanlardır. Digəri isə həmişə günahkar axtarmaqla ömrünü başa vurur.
   
   Daxili təhlükəsizlik
   
   Şəxsiyyətin formalaşması ictimai münasibətlər sistemi ilə bilavasitə bağlı olduğundan bu cəhət bütün cəmiyyətlərin ən zəif yeri olaraq qalır. Elmdə "İD", "EQO" və "SUPEREQO" insan təfəkkürünün laylarıdır. İD - zövqlə tənzimlənən, təməl prinsiplərə söykənən əsas daxili enerjinin çıxış nöqtəsidir. Bu, insanda primitiv mənəm-mənəmlik hökm sürür. Eyni zamanda seksual ehtiyacların ödənməsdir. EQO isə İD-in bu istəklərini reallaşdıran hissəsi olub, onunla qarşılıqlı əlaqədədir. Eyni zamanda, İD və SUPEREQO arasında tənzimləyici rol oynayır. Əsas vəzifəsi fərdi təhlükəsizliyi qorumaq, İD-in istəklərinə nəzarət etməkdir. Çünki İD xüsusiyyət etıbarı ilə heç nəyə yox demir. Ziqmurd Freyd hesab edir ki, həqiqəti test etmək üçün informasiya mübadiləsi burada mərkəzi əlaqələndirmə funksiyasını yerinə yetirir. SUPEREQO daha təkmildir, özündən əvəllki vərdişlərə qarşı mühafizəkar mövqedə dayanır. Freyd 1930-cu illərdə insan şüurunun təşəkkül prosesləri üzərində apardığı tədqiqatlarla sübut etmişdi ki, insanın ictimai baxışlarında İD, EQO və SUPEREQO olaraq üç ayrı ruhi kateqoriya var. Bununla Qərbdə insanın cəmiyyətdəki ictimai vəziyyəti analiz edilir. "İD", içimizdəki doyumsuz heyvan kimi xarakterizə edilir. Özünü yalnız ehtiyaclara görə nizamlayan, tənqid qəbul etməyən, şübhəli, doyumsuz insan xüsusiyyətidir. Bu istiqamət üzrə ağırlıq təşkil edən fərd vicdandan məhrumdur. Şüurun orta mərhələsi olaraq da, Freydin izah etdiyi Mənlik (Eqo), təbiət, ya da ətraf aləm arasında İD tarazlıq ünsürüdür. Məsələn, alt şüur olaraq izah edilən İD açdığı zaman dərhal özünü doydurmaq üçün, bütün vasitələrdən istifadə edir. Ancaq mənlik (eqo) bunun daha münasib bir zamanda olması və ya olmaması lazım olduğunu anladığından dözür. Üst mənlik (SUPEREQO) qayda və dəyərlərə etinasız yanaşmır, daima özünü nəzarətdə saxlayır. Buna vicdan da deyilir. Supereqolu insanlar yaradıcı və dağıdıcı olduğundan əmr və qadağalara görə özünü tənzimləyir. Bu baxımdan bu üç təməl şüur formalarının müəyyən səviyyələrdə qeyri-kafi olması cəmiyyəti təhdid edən, ictimai münasibətlər üçün təhlükə mənbəyi olaraq qalır.
   
   İnsan, şüurlu varlıq kimi zərəri əvvəldən hesablaya bildiyindən və ya sonradan öyrənə biləcək təkmil sistemə malikdir. Kimi bunun Allahla bağlı olduğunu bildirir, kimi də Təkamül nəzəriyyəsinə əsaslanır.
  • May:
  • 3

TƏQVİM / ARXİV