İmpressiya... - İradə Tuncay yazır
 

İRADƏ TUNCAY
2314 | 2024-06-06 18:10

Konsert  yəni  yarışmaq... Nə ilə, kim ilə???

Əlbəttə, zamanla...

Müəllif özü belə təqdim edir... Xanım fəsli deyir... Zamanın Xanım fəsli... Və mənə elə gəldi dinləyib də zövq aldığımız musiqilərin də, şeirlərin də,heç unuda bilmədiyimiz ifaçıların təəssüratı  məhz belə  idi – xanım-xatın... 

Hər  yeni  ifaçını  eşitdiyimizdə qəlbimizin  dərinliyində  yaşayan antik (belə  deməkdən qorxmuram )  obrazları  yenidən canlanırdı qulaqlarımızda... Bu  nöqtələr də  onların  canlı olduğunu  deyir. Onlar  yenə  var, yenə  Xanım  fəslində  yaşayırlar...Və  bizi də  yaşadırlar... Hər  mahnını  eşitdikdə ürəyimizdə təkrar-təkrar  oxuyuruqsa ,” AĞLA” dedikcə  ağlayırıqsa, unuda  bilmiriksə “UNUT MƏNİ” dedikcə,  çünki  “XATİRƏLƏR”i  var demək... Zaman  var...

Xanımın  özünün  öz zaman  anlayışı var  və özündən başlamır  bu  tarix... Ailə  var  və  bu ailə  sözlə  bağlıdır... İsmayıl  Qarayevin ailəsidir... Daha  əvvəl də  kimlərsə  olub mütləq bu  tarixdə... Qonaq  qismində  dəvətli  olanların da tarixi  vardı  bu məclisdə.  Və bu  məclisin öz  aurası  vardı... Onlar  sevgi  ilə  gəlmişdilər, öz  qucaqlarında sevgi  gətirmişdilər, alqış gətirmişdilər... Parlaq obrazlar gətirmişdilər... 

Elm  deyir ki, məhz  konsert dinləmək insanın  ömrünü  uzadır. Canlı  musiqi  insan  psixikasına təsir  edir. Belə  gərgin bir  vaxtda belə  dinclik  yaşamaq, bunu  yaşamaq şəraitini  yaşamaq, belə  Xanım  fəsildə yaşamaq ...

Böyük  əksəriyyət konsertə  niyə  gedir ??? Sevdiyi musiqiləri  dinləmək, sevdikləri ifaçıları canlı görmək üçün əlbəttə. Unikal  bir  enerji alırsan – təkrar  oluna bilməyən...
Və  həyatdan zövq  almağa  başlayırsan, ətraf  aləmlə bütünləşməyə başlayırsan, hətta əqli  fəaliyyətin güclənir!!! Fiziki sağlamlığa təsir edir!!!  Yeni  tanışlıqlar, maraqlı ünsiyyət... Atmosfer maraqlı  olur!!! Hətta  fiziki  təsir  elə  güclü  olur ki, qorxduğumuz koloriləri  yandıra  bilirik!!!

Çıxış, şou, tamaşa, göstəri, ifa, müzikl... Bir sözlə,  ŞÖLƏN... Musiqi  şöləni !!!

Xanımın  xarakterini  bilən  biri  kimi  deyim – şübhə  eləmirdim  məhz  belə  olacağına ... Şəbəkədən də  izləyirdim gedişatı... Özünə  və  sevənlərinə  dərin  hörmətlə yanaşan Xanım... Həm  də  nə  qədər  gəncləri  yetişdirən Xanım – sanki təqdimat  da  edirdi... Bu  gənclərə   ana  ola bilən Xanım!!! Sanki  hamı  vardı  – dünyasını  dəyişənlər də, bu  fani  dünyada  yaşayanlar da ... Vardı... 

Var  ol  hər zaman!!! Xanım!!!


 

  • Noyabr:
  • 1

TƏQVİM / ARXİV