adalet.az header logo
  • Bakı -°C

İmamoğlunun məhkəməsindən görüntüləri yayan şəxslərlə bağlı araşdırma başladıldı

103 | 2026-03-10 20:35
A- A+

Bakırköy Baş Prokurorluğu, Marmara Həbsxanasının məhkəmə zalında çəkilmiş görüntülərin sosial mediada paylaşılması ilə bağlı Türkiyə Cinayət Məcəlləsinin 286-cı maddəsi ilə araşdırmaya başlayıb. 

Adalet.az xəbər verir ki, Baş Prokurorluğun açıqlamasında qeyd olunub ki, sosial mediada prokurorluq prosesi zamanı icazəsiz olaraq səs və ya video yazan və paylaşan şəxslərə qarşı Türkiyə Cinayət Məcəlləsinin 286-cı maddəsi (səs və ya videonun yazılması) ilə araşdırma başlanıb.

Həmçinin, İstanbul Vilayət Polis İdarəsinin Kiber Cinayətlər Bölməsinə həmin şəxslərin müəyyən edilməsi üçün təlimat verildiyi bildirilib.

  • Mart:
  • 6

TƏQVİM / ARXİV