Merkel, Zelenski və Valensa Avropa Xidmət Ordeni ilə təltif olunublar
Avropa Parlamenti Avropaya inteqrasiyaya verilən töhfəyə və Avropa dəyərlərinin təşviqinə görə təsis edilmiş yeni mükafatın - Avropa Xidmət Ordeninin ilk laureatlarını elan edib.
Adalet.az-ın verdiyi xəbərə görə, təltif olunanların adları Avropa Parlamentinin Strasburqda keçirilən plenar iclasında açıqlanıb.
Ali dərəcəli ordenlə Almaniyanın sabiq federal kansleri Angela Merkel, "Həmrəylik" hərəkatının keçmiş lideri və Polşanın eks-prezidenti Lex Valensa, eləcə də Ukrayna Prezidenti Volodimir Zelenski təltif ediliblər.
Litvanın sabiq prezidenti Valdas Adamkus, Polşanın eks-baş naziri və Avropa Parlamentinin sabiq sədri Yeji Buzek, Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pyetro Parolin, Moldova Prezidenti Maya Sandu, Avropa diplomatiyasının sabiq rəhbəri Xavyer Solana, eləcə də Avropa Mərkəzi Bankının sabiq sədri Jan-Klod Trişe və bir sıra digər avropalı siyasi xadimləri fəxri orden sahibləri olublar.
Üçüncü dərəcəli ordenlə İrlandiyanın "U2" qrupunun bütün musiqiçiləri təltif edilib. Laureatlar arasında müxtəlif peşə nümayəndələri - həkimlər, hüquqşünaslar, baş aşpaz və Avropa Komissiyasının sabiq vitse-prezidenti də var.
Mükafatlandırma mərasimi may ayında Strasburqda keçiriləcək./Report
Digər Xəbərlər
17 Aprel 2026 17:47
"İrana qarşı dəniz blokadası qüvvədə qalacaq" - Tramp
17 Aprel 2026 17:21
Dünya böhranla üzbəüzdür - Ərdoğan
17 Aprel 2026 17:12
Tarixinin ən böyük sınaqlarından biri ilə qarşılaşmışıq - Fidan
17 Aprel 2026 17:03
İran Hörmüz boğazını açdı
17 Aprel 2026 13:59
Çavuşoğlu: Avropa Türkiyə olmadan təhlükəsizlik sistemini qura bilməyəcək
17 Aprel 2026 12:10
Şərifdən Trampa TƏRİF
17 Aprel 2026 12:01
Qazaxıstan və Türkiyə problemlərin həllində rol oynaya bilər - Tokayev
17 Aprel 2026 11:16


Bakı -°C

