adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

Heç kim sülhdən danışmaq istəmir - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
824 | 2024-02-05 10:07

Alman siyadətçisi Rayn Avropa İttifaqını ABŞ-in iştirakı olmadan müdafiə ittifaqı yaratmağa çağırdı

"Blid" mətbu orqanı yazır ki, Almaniyanın Hessen  federal torbaqlar rəhbəri Boris Rayn, Avropanın təhlükəsizliyin möhkəmləndirilməsi məqsədiylə "müdafiə ittifaqı" yaradılmasını təklif edib.

Almaniyalı siyasətçinin sözlərinə görə, Avtopa İttifaqı yarandığı gündən bəri ən böyük təhlükə ilə üz-üzədir. "Ona görə də biz, güclü Avropada  nüvə çətirli, təhlükəsizlik müdafiə ittifaqı yaradılmasını istəyirik"- deyə Rayn, bu ittifaqın ABŞ-ın iştirakı olmadan özlərinin yaratmalı olduğunu bildirib. 

Görünən odur ki, dünyada hamı bütün gücü ilə silahlanmağa, müharibəyə hazırlaşır. Sülh haqqında düşünən yoxdur. Hazırda dünyanın müxtəlif bölgələrində gedən münaqişələr, müharibələr, qana susayanlara bəs etmir.  Artıq hegemon dövlətləri üz-üzə qoymağa can atırlar. 

Guya dünyada sülhün qorunması üçün yaradılan BMT və digər mənasız beynəlxalq təşkilatlar hələ ki, yalnız münaqişə və müharibə zonalarında vəziyyəti daha da gərginləşdirməklə məşğildurlar. Çünki onların da yüyənləri öz əllərində deyil, xozeynləri hansı tərəfə çəksələr, o istiqamətə gedirlər.

Sanki, böyük nüvə silahları potensialına sahib olan ABŞ və Çinin, ABŞ və Rusiyanın, Avropanın Böyük Britaniya, Almaniya, Fransa kimi aparıcı dövlətləri  və Rusiya, Hindistan və Pakistanın bir-biriləriylə müharıbəyə başlamasının dünyanın sonunu gətirə biləcəyini düşünən yoxdur. 

Artıq vəziyyətin gərginləşdiyini görən Avropa da dillənməyə başlayıb. Çünki onlar da başa düşürlər ki, hər yerdə "yanan alovların qığılcımlarının" onlara da düşməsi an məsələsidir. 

 

TƏQVİM / ARXİV