adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

Fransa Xarici legionun əsgərlərinin Ukraynaya göndərilməsini təkzib etdi

469 | 2024-05-06 19:04

Fransa Xarici İşlər Nazirliyi Xarici Legionun əsgərlərinin Ukraynaya göndərilməsi ilə bağlı məlumatı təkzib edib. 

Adalet.az xəbər verir ki, bu barədə bir müddət əvvəl xarici mətbuatda məlumat yayılıb.

Bundan əvvəl ABŞ müdafiə nazirinin müavininin keçmiş köməkçisi Stiven Brayan xarici KİV-ə müsahibəsində Fransanın Ukraynaya Xarici Legionun əsgərlərini göndərdiyini bildirmişdi.

Fransa prezidenti Emmanuel Makron fevral ayında demişdi ki, Qərb liderləri Ukraynaya qoşun yeritmək imkanını müzakirə edirlər. O etiraf edib ki, hələlik konsensus əldə olunmayıb, lakin onun sözlərinə görə, “heç nəyi istisna etmək olmaz”.


Rusiyanın müdafiə naziri Sergey Şoyqu fransalı həmkarı Sebastien Lecorne ilə telefon danışığında Fransa qoşunlarının Ukraynaya göndərilməsinin Fransanın özü üçün problem yaradacağını bildirib.

Bundan əvvəl Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin mətbuat bürosu Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinə istinadən bəyan etmişdi ki, Fransa hərbi birliyi Ukraynada olsaydı, Rusiya ordusunun prioritet qanuni hədəfinə çevriləcək.

TƏQVİM / ARXİV