ABŞ prezidenti Donald Tramp Filippini Qəzza münaqişəsinin həll ilə bağlı təsis etdiyi "Sülh Şurasına" dəvət edib.
"Prezident Tramp mənə şəxsən Filippin prezidenti Ferdinand Markosa Sülh şurasına qoşulmaq üçün ünvanlanmış dəvət məktubu verib"- deyə bu ölkənin Vaşinqtondakı səfiri Xose Manuel Romualdes NWPP
telekanalına müsahibəsində bildirib.
Səfir qeyd edib ki, Manila yaxın həftələrdə Şuraya qoşulmaq barədə qərar qəbul edəcək. Filippin hökuməti hazırda bu təşkilatın işində hansı xidmətləri göstərə biləcəyi məsələlərini müzakirə edir.
Rüstəm Hacıyev


Bakı -°C
