adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

Fərrux dağı: Ürəyimdə qalan dilək, kövrək duyğularım.... – Əntiqə Rəşid yazır

Əntiqə RƏŞİD
2182 | 2022-03-28 13:18

Bu günlərdə Milli Qəhrəman Şirin Mirzəyevin həyat yoldaşı Flora Qasımovanın bir müsahibəsini oxudum. Qarabağda yüksək zirvələrdən olan Fərrux dağını önəmini o müsahibədən daha aydın anladım:”““Şirin Mirzəyev həmişə deyirdi ki, Fərrux dağında kim otursa, Ağdama da o, nəzarət edəcək”.

Artıq hamıya məlumdur ki, Xocalı rayonunun ərazisində yerləşən Fərrux dağı 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 2005-ci ildə separatçı-terrorçu erməni rejiminin keçirdiyi əhalinin qanunsuz siyahıyaalmasına əsasən Fərrux kəndinin əhalisinin, yəni ermənilərin sayı 42 nəfər təşkil edib. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Fərrux kəndi Rusiyanın sülhməramlı sayılan qüvvələrinin nəzarətinə keçib.

Amma son 3 gündə Azərbaycan xalqı nəfəsini tutaraq 30 illik işğaldan sonra Fərrux dağının yadellilərdən tamamilə təmizlənməsini izlədi. İzlədi və qürurla, fəxrlə ordusuna sonsuz güvənini ortaya qoydu. Azərbaycan Ordusu bu dəfə də ağır sınaqdan üzüağ çıxdı. Artıq Fərrux dağı bizdədir. Şəhid komandir Şirin Mirzəyevin təbirincə desək, nəinki Ağdama nəzarət edəcəyik, hətta bütün Qarabağ ovcumuzun içində olacaq, Xankəndidə də, Ağdərədə də, Xocalıda da, Xocavənddə də Azərbaycan bayrağı dalğalanacaq. Bir sözlə ,ötən gün bayrağı Fərruxda ucalan Azərbaycan xalqı, elə içi mən qarışıq çox kövrək hisslər də yaşadı.

44 günlük müharibənin ilk günləriydi!Hərbi texnika və hərbçilər daşıyan maşınlar Quzanlınin içindən keçib gedirdi cəbhəyə tərəf..Hərbi kolon gözdən itməyincə heç kim yoldan çəkilmirdi, əl yelləməyin saxlamırdı. Həmin vaxt ürəyimdən keçdi ki üzümü maşınlara tutub bərkdən, səsim çatan qədər qışqıram ki , sizin qadanızıi alım! Yollardakı kişilərdən utandım . Demədim! Eləcə, əl yellədim!

Günlər keçdi. Sonra şəhid, yaralı daşıyan Təcili yardım maşınlarını sürətlə hospitala tərəf getdiyini gördükcə ürəyimin içində elə pis olurdum, elə kədərlənirdim ki...elə bilirdim, mən onlara ucadan, "sizin qadanizi alım", desəydim, onlara heç nə olmayacaqdı... İndi deyirəm: Silah tutan əllərinizdən öpürəm, çəkmələriniz dəyən yerdən öpürəm, qadanızı alım!

 

 

TƏQVİM / ARXİV