adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

EY HƏYAT, SƏN NƏ QƏRİBƏSƏN...

ETİBAR BABAYEV
93860 | 2013-04-27 00:52
İnsandünyaya gələn zaman əzizləri ona adlar içindən bir ad seçir.Bəzən verilən ilkin ad böyüyəndə sahibinə əsla yaraşmır. Nə qədər Qoçaq var ki,həddi-buluğa çatanda qorxaq kimitanıyıb. Nə qədər Böyükağa var ki,kiçiklərə boyun əyməkdən beli bükülüb...

Amma eləinsanlar da var, doğulanda aldığı ad eləbil ömür yolunun bələdçisinə dönüb, məramı olub, varlığıyla daşıdığı adınməna yükünü daha da zənginləndirərək, özü bir rəmzə çevrilib.

1923-cü ilaprel ayının 28-də Əziz Əliyevinailəsində dünyaya gələn körpəni Zərifə adlandırdılar, adıyla böyüsün,dedilər. Elə də oldu. Ailənin ilki boya-başa çatdı, təhsil aldı, ailə qurdu,ana, nənə oldu, neçə xeyirxah əməlinsavabını qazana-qazana mənalı, sevdalı, şərəfliömür sürdü. Dünyadan köçəndə dəzəriflik nəğməsi tək xatirələrdə qaldı, yaddaşlarda yaşadı...g

O nəğmənin həsrətiylə "Ana" mahnısını yenə dinlədim.Anasını sonsuz məhəbbətlə sevən bir qızınövlad borcudu bu... Sözlü, səsli,fəqət hay-küysüz, nisgil və sevgi dolu bir ürək yanğısıdı təkrar-təkrareşitdiyim təkrarsız nəğmə... Anasorağında dolaşan bir ananın solmaq bilməyən məhəbbəti, susmaq bilməyənharayıdı bizi kövrəldən...g Belə fəryad ancaqyanan ürəkdən qopar...gSönməyən ocağın daim közərən alovudu bu həzinnəğmə... Həsrətdən üşüyən qəlbləri isidər,ayrılıq acısından, xiffətdən yanan könüllərə su çilər içdən gələn busəda. Onu bu qədər ürəkdən ancaq Müslümoxuya bilərdi. Çünkü ailəyə ən məhrəm adamlardan biri idi müğənni,bəstəkar, ifaçı, həm də rəssamMüslüm! O, "Ana"nı təkcə səsləndirmir, həm də səsləyir... Onagörə "Ana"nı dinləyəndəgözümüzdə dolğun lövhə yaranır, Zərifəxanımın bənzərsiz siması canlanır...g

1979-ci ildəAzərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Mədəniyyət şöbəsində işləyirdim. Mən və işyoldaşlarım Zərifə xanımla tez-tezünsiyyətdə olurduq. Filarmoniyada hərhəftənin beşinci günü simfonik musiqi gecəsikeçirilərdi. Moskvadan təşrifbuyuran musiqişünas Dazortseva salona toplaşanları proqramla tanış edər, dünya musiqi inciləri barədəmaarifləndirərdi. Sonra mayestro Niyazininsehirli çubuğunun köməyi ilə dövlət simfonik orkestri canlanardı. Zərifəxanım ömür-gün yoldaşı ilə bu tədbirlərdəböyük həvəslə iştirak edərdi.

Zərifəxanım axşamlar teatra getməyi dəxoşlardı. Onu Milli Dram teatrında, RusDram teatrında, Opera və Baletteatrında tez-tez görmək olardı. Buinsanın sadəliyi, səmimiliyi hər kəsi valeh edərdi. Birinci xanımın sadəliyi, yüksək mədəniyyətiistər geyimində, istər rəftarında, istər danışığında özünü hər an büruzəverərdi. Zərifə xanımın teatra gedəcəyibarədə təbii ki, qabaqcadan xəbər verilərdi. Biz onu giriş qapısında gözlərdik.Xidməti minik maşınında gələn birinci xanımı cəmi bir mühafizəçimüşayiət edərdi.

Binayadaxil olanda o da sürücü iləbirlikdə gedərdi. Tamaşanın tamamına 15dəqiqə qalmış yenə qayıdardılar xanımın dalınca. Heç vaxtgecikməzdi, tamaşaçıları əsla gözlətməzdi.

Üçüncü zəngçalınanda tamaşa salonunda öz yerinitutardı. Adətən Zərifə xanımın bir-ikirəfiqəsi də gələrdi. Hökumət lojasında,əyləşməzdi, parterdə orta sıradaoturardı. Tənəffüs zamanı qonaqotağında xudmani çay süfrəsində tamaşa barədə təəssüratlarını bölüşərdi.Proqrama diqqətlə göz gəzdirər, tanımadığı adlar görəndə bizdən soruşardı, teatrdakı yeniliklərləmaraqlanardı. Tamaşa bitəndə hamıyaminnətdarlığını bildirib, bir-bir xudahafizləşib ayrılardı...

Bizisə onunla ünsiyyətdən aldığımız zəngintəəssüratı öz aramızda bölüşə-bölüşə bu insanın mənəvi dünyasınınböyüklüyünə, yüksək nəcabətinə heyranqalardıq.

Yetmişinciillərdə bir məşhur mahnı vardı, "Ey həyat, sən nə qəribəsən". Sözləri Cabir Novruzun, musiqisi OqtayKazımovun idi. Mahnı belə başlardı:

"Nəyaxın qonşu

olduq budünyada,

Ayrı-ayrıdoğulduq

bu dünyada.

Axır gəlibbir olduq

bu dünyada,

Ey həyat!Sən

nəqəribəsən?!"

Onlar daqonşu deyildilər, ayrı-ayrı doğulmuşdular bu dünyada. Amma eyniildə, eyni fəsildə. Çoxhəyəcanlı, ziddiyyətli, mürəkkəb dövrdə sevgi dolu bir ömür yaşadılar.Bir-birinə dayaq oldular, bütöv oldularvə vida zəngi çalınanda əbədiyyətə qovuşdular... Biri ömrün altmış ikinci baharında, digəri səksəninci qışında. Buvəfasız dünyadan vaxtsız köçən vəfalılar əbədiyyət yollarının doxsanıncıbaharında yenə birgə addımlayırlar. Hərzaman hörmətlə yad edilən insanlar, həqiqətən unudulmur.

Etibar Babayev

TƏQVİM / ARXİV