Sabirabadda 28 yaşlı gənci "tok" vurdu
Sabirabadın Polad Tağay kənd sakinini elektrik cərəyanı vurub.
Adalet.az xəbər verir ki, kənd sakini, 1996-cı il təvəllüdlü Məmmədov Ramil Mübariz oğlunu iş zamanı ehtiyatsızlıqdan elektrik cərəyanı vurub. O, hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.