Ev heyvanları və kişilər - Emin Piri yazır

Emin Piri
822 | 2022-06-29 12:57

Gəlin, ədalət naminə danışaq da. Vallah, billah kişilər qadınlardan daha çox basqıya məruz qalır. Sadəcə qadınlar təşkilatlanır sözlərini çatdıra bilir. Elə görüntü yaranır ki, sanki kişilər başqa bir canlı növüdür,yadplanetlidir, yer kürəsini işğal ediblər.

Bu bədbəxt doğulandan kişilər ağlamaz, yıxıldı durmalıdır eşidir. Ev almalıdır, iş qurmalıdır, sonra bunları qorumalıdır. Axırda da yoruldu indi bir söz dedi də, pah atonnan, qoymayın qadınlar soyqırıma məruz qalır-deyiləcək.

Mütləq qul olmalıdır. Hər şeyi etməlidir, axırda da ağzını yumub oturmalıdır. Lal olmalıdır ümumiyyətlə.

Zorakılıq kişi-qadın məsələsi deyil. Nankor, vəhşi xislətli cinsindən aslı olmayaraq belədir.

Baxın, bəzən paylaşırsınız. Yaxud çöldə görürük heyvanlar ilə davranışı. Adi ev heyvanları. Pişik, yaxud it.

O heyvana necə qayğı göstərir, necə əzizləyirlər. Öz əlləri ilə yemək verir, tumarlayır, sığallayır. Çimizdirirlər öz əlləri. Hətta bəziləri yanlarında yatızdırır.

Nankor xislətli adamlar həmişə var. İstər kişi, istərsə qadın.

Amma inanın Allaha, o itə, pişiyə qoyulan hörməti yanınızdakı və ya ola biləcək kişiyə qoysanız, siz ovcunda saxlayar.

TƏQVİM / ARXİV