“Həqiqətlərə bağlılıq qələbəyə aparır...”
“Həqiqətləri müdafiə etmək uğrunda möhkəm dayanmaq, həqiqətə bağlılıq fəlsəfəsidir. Bu fəlsəfə Mahatma Qandinin siyasi fəlsəfəsində mühüm yer tutan mübarizə fəlsəfəsini ifadə edir. Burada əsas məqsəd həqiqət və mənəvi təsir yolu ilə insanları və cəmiyyəti dəyişdirməkdir. Bu, “Satyagraha” fəlsəfəsi adlanır”.
Adalet.az xəbər verir ki, bunu Adalet.az-a açıqlamasında “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov deyib.
O, bildirib ki, bugünkü dünya reallığında, yeni dünya nizamına çatana qədər zorakılıq, düşməni məhv etmək, müharibələr və şiddətlər və zorakılığa üstünlük vermək bu fəlsəfənin tam əksidir:
“Buna baxmayaraq, müharibələr və qarşıdurmalar hələ də davam edir, texnoloji müharibələr gedir. İnsan nəfsinin hakim olduğu zaman insan həyatının önəmi qalmır. Məhz bu nəfs və maraqların kəsişdiyi yerdə bu gün dünya çox böyük fəlakətlərə məruz qalır. Nəfsin və maraqların kəsişdiyi bu dünyada həqiqət və mənəviyyat geri plana keçdikcə fəlakətlər, zorakılıq və insan itkiləri artır. Əslində isə bu gün dünya düşməni məhv etməklə yox, düşmənçiliyi məhv etmək üçün çalışmalıdır. Müasir dünyada təbii sərvətlər, enerji, ərazi, siyasi nüfuz və geosiyasi üstünlük uğrunda mübarizə insan həyatını arxa plana keçirir”.
Politoloq deyib ki, biz bir xalq olaraq Satyagraha fəlsəfəsinin əksi olaraq zorakılığa, soyqırıma, terrora və vandalizmə məruz qalmışıq:
“Uzun illər bu zorakılıq fəlsəfəsi bizə tətbiq olunub. Nə həqiqəti, nə də ədaləti görmüşük. Amma bu gün hakimiyyəti idarə edən komanda və onun lideri ədalətli mövqeyi, həqiqətə bağlılığı, diplomatiyası, səbri və strateji uzaqgörənliyi ilə haqqın, ədalətin, azadlığın və müstəqilliyin gücün nə olduğunu, onun necə böyük nemət və sərvət olduğunu göstərdi. Bütün bunların insanların formalaşması üçün nə qədər böyük dəyər daşıdığını öz böyük düşüncəsi və güclü ordusu ilə həyata keçirdi və bunu dünyaya təqdim etdi. 100 illərin məşəqqətlərindən keçən, dəfələrlə haqqı-hüququ pozulan bir xalqın nəyə qadir olduğunu öz təqdimatı ilə dünyaya göstərdi. Bütün bunlar vicdanlara təsir etməklə, yanlış əməllərə qarşı çıxmaqla baş verdi. Bəli, biz öz gücümüzlə düşməni tamamilə məhv edə bilərdik, hətta yüz illərin heyfinə son qoya bilərdik”.
Onun sözlərinə görə, lakin belə müharibələrə başlamaq asandır, onun yaratdığı nifrəti və insan faciəsini isə minilliklər boyu aradan qaldırmaq çox çətindir:
“Gücümüz də, potensialımız da düşməni məhv etmək üçün çoxdan kifayət etsə də, ədalətin düşüncə sahibi maksimum çalışdı ki, itkilərimiz minimuma endirilsin. Biz qarşımızdakı düşməni təkcə düşmən kimi saymayaq. Onun arxasında zorakılıqla dünyanı idarə edən, amansız, böyük ideoloji-siyasi güc var idi. Artıq biz Azərbaycan modelini dünyanın siyasi dərinliklərinə inteqrasiya etməyi bacarmışıq. Müasir dünyanın qaranlıq, zorakılıq və qarşıdurma mühitindən çıxması üçün mənəvi-siyasi düşüncə modeli olan bu model İlham Əliyevin təqdimatında öz əksini tapdı. Bunun üçünsə güc, iradə, siyasi müdriklik və həqiqətə bağlılıq lazım idi”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
09 Sentyabr 2026 18:00
Sahibə Qafarova BMT Baş Assambleyasının 81-ci sessiyasının prezidenti ilə görüşüb
09 Sentyabr 2026 17:08
“Paşinyan Rusiya tərəfindən devrilməyəcəyinə öncədən təminat almaq istəyir”
09 Sentyabr 2026 15:03
İlham Əliyev Xalq artisti Aleksandr Şarovskinin vəfatı ilə bağlı nekroloq imzalayıb
09 Sentyabr 2026 13:39
Azərbaycan və Ermənistan bu barədə razılaşıb
09 Sentyabr 2026 13:17
Ceyhun Bayramov ermənistanlı həmkarı ilə görüşəcək
09 Sentyabr 2026 12:22
"Azərbaycan Türkiyəyə dəstəyini davam etdirəcək" - Ceyhun Bayramov
09 Sentyabr 2026 12:09
Prezident Emoməli Rəhmonu təbrik etdi
09 Sentyabr 2026 11:32


Bakı -°C

