“Bu hadisə milyonda bir belə olmur, şokdayıq” - “Şəki yaylası”nın direktoru
Ötən gün “Şəki yaylası” istirahət mərkəzində kanatın qırılması nəticəsində baş verən ölüm hadisəsi ilə bağlı mərkəzin direktoru Abbasət Məhərrəmov açıqlama verib.
Adalet.az xəbər verir ki, direktor “Shimal.News”a danışarkən hadisənin şokunda olduğunu bildirib.
“Bu hadisə milyonda bir belə olmur. Biz özümüz də şokdayıq. Bu, çox böyük faciədir. Açığı, hələ də nə deyəcəyimizi bilmirik. Hadisənin şokundan ayılmamışıq”, – deyə direktor bildirib.
Onun sözlərinə görə, hadisənin başvermə səbəbi hava şəraitinin əlverişsiz olması da ola bilər.
“Bütün təhlükəsizlik yoxlamaları həyata keçirilmişdi. Hadisə baş verən gün isə hava şəraiti olduqca pis idi. Güclü külək və burulğan var idi. Hazırda hadisənin dəqiq hansı səbəbdən baş verdiyi araşdırılır. İstintaq və araşdırmaların nəticəsini gözləmək lazımdır”, – A.Məhərrəmov qeyd edib.
Qeyd edək ki, ötən gün “Şəki yaylası” istirahət mərkəzində iki nəfər - 31 yaşlı Coşqun Məmmədov və 27 yaşlı Ucal Bayramov kanat trosunun qırılmasını nəticəsində həyatını itirib.
Digər Xəbərlər
25 Oktyabr 2026 18:50
Xəzərin suyunda naməlum köpüklənmə - VİDEO
25 Oktyabr 2026 15:36
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
24 Oktyabr 2026 15:38
Zığda yaşayış binasındakı yanğın söndürüldü - YENİLƏNİB
23 Oktyabr 2026 18:10


Bakı -°C

