adalet.az header logo
  • Bakı 13°C

Ermənistandakı "revanşistlər"ə  1 sual sonra da 1 cavab: Nəynən? - Əntiqə Rəşid yazır

Əntiqə RƏŞİD
14753 | 2021-10-01 12:51

Tibilisidə rəsmi görüşünə getdiyi   Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və Prezident Salome Zurabişvilini Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana minnətçi salan Ermənistan baş naziri Nikol Paşinyan  yenidən  sayıqlamağa  başladığı məlum olub. Sayıqlaması isə  arxasınca minnətçi saldığı Prezident Ərdoğanın görüşmək istəyinin qarşısına “Zəngəzur dəhlizi açılmalıdır” şərtindən sonra  başlayıb. 

Bu şərtdən sonra bərk "hiddətlənən" Paşinyan   "odlu alovlu"  "hərbə-zorba" variantına üz tutdu. Beləki, Ermənistanın müstəqilliyinin 30-cu ildönümü ilə bağlı İrəvanın Respublika meydanındakı tədbirdə baş nazir 44 günlük müharibədə yerlə bir olmuş  reytinqini qaldırmaq naminə sayıqlamaq zorunda qaldı. Dedi ki, ermənilər bu illərdə uğur və uğursuzluq, göz yaşları və sevinc, ümid və ümidsizlik, müharibə, qələbə və məğlubiyyət görüb:“İndi sual budur ki, necə yaşamalıyıq və ölənlərin atasının, anasının, övladlarının gözünə necə baxmalıyıq; nə etməliyik ki, onların ölümü mənasız olmasın. Bizim başlıca vəzifəmiz gələcək üçün düzgün orientasiyanı müəyyən etməkdir”.


Paşinyan çıxış edə-edə baxdı ki, kütlədən "urra" deyən, "yaşasın baş nazir" hayqıran yoxdu, "söhbəti" daha da "tündləşdirdi: "Tarix bəzən qələbənin heç də həmişə qələbə, məğlubiyyətin isə heç də həmişə məğlubiyyət olmadığını sübut edib. Biz öz məğlubiyyətimizi qələbəyə çevirməliyik. Qəhrəmanlar Ermənistan və “Artsax” üçün öldülər. Hələlik iki erməni “dövləti” varsa, ölən qəhrəmanlar sağdırlar. İki “respublika” çiçəklənirsə, onların ölümü mənasız deyil. Bəli, biz tez bir zamanda qalib olacağıq”. 


 Elə o aralarda Rusiya Erməniləri İttifaqının sədri, erməni milyarder Ara Abramyan İrəvanda konfrans keçirdi. Həmin konfransda oda elə Paşinyanın nitqinə uygun bir çıxış elədi:"Qarabağ heç vaxt Azərbaycana məxsus olmayıb. Bəli, mən başa düşürəm ki, Azərbaycan və Türkiyə dövlətdirlər, amma bu, Qarabağın onlara qalacağı anlamına gəlmir. Biz mütləq Qarabağı qaytaracağıq!..

 

  Ermənistan "Alış"qismində


Biz tərəflərdə  bir lətifə var.Oxuyanların hər birindən üzr istəyirəm.. amma yeri gəlib, yazmalıyam: Alış adlı bir kişi olur və ata-anası zorla onu evləndirir. Toy gecəsi məlum olur ki, bu kişi olaraq heç nəyə qadir deyil. Oğlunun biabır olmaması üçün gəlinə yalvarırlar ki, bir müddət bu hadisə haqqında heç yerdə bir söz danışmasın, heç kimə ailəliyi haqqında məlumat verməsin.. Gəlin valideynlərə yazığı gəlir və bir müddət onların evində qalmağa və kimsəyə bir söz deməməyə razı olur. Günlərin bir günü  qonşunun qaz sürüsü Alışın bostanına basqın edir, bunun əkdiyi, becərdiyi dirriyi-bostanı  yeyib məhv eliyir. Alış nətər əsəbləşirsə başlayır söyməyə, ay sizin yiyənizi..., ay sizi həyətindən çolə burağanı..., ay sizin toxumunuzu... day hədyan-hədyan söyüşlər. 


Alışın ata-anası xəcalət çəkir: qonşular baxır oğlu da ağzına gələn hədyanları danışır. Nə qədər çalışırlar bunu sakitləşdirə bilmirlər. Axırda gəlinə yalvarırlar ki, get Alışı sən sakitləşdir, sussun, qonşuların yanında biabır olduq. Alış da öz aləmində... söyür. Ay sizin yiyənizin....
 Gəlin gəlir çatır Alışın yanına, yavaşca əylilir Alışın qulağına tərəf deyir: Alışşş, nəynən?


 İndi ordusunun 80 faizi darmadağın olan, 7 mindən çox hərbçisi ölən, 11 min hərbiçisi fərari və şikəst kimi qeydiyyata alınan, parça- tikə olmuş texnikasının 50 faizi Qarabağın düzlərində, qalanı da Bakı qənimətlər parkında...


Ekspertlərin fikrincə,  Ermənistan vətəndaşlarının etimadını qazana bilməyən Paşinyan onların qəzəbinə gəldiyinin də fərqindədir. Paşinyanın baş nazir olmasına səs verən bütün seçicilər peşman –pərişan... Paşinyan da ikidə bir, üçdə bir deyir ki,  iki erməni respublikası, qəhrəman erməni kişisi... biz qalib gələcəyik... Pafos yığını..


 O yarımamış gəlinin sözü olmasın: Alışşş nəynən??


 


 

TƏQVİM / ARXİV