adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur - Simonyan

443 | 2024-04-25 15:42

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki, Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur.

Adalet.az “Sputnik-Armenia”ya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.

“Düzünü desəm, sərhəd dirəyini quraşdırdığımıza şadam”, - o qeyd edib.

A.Simonyan hesab edir ki, bu gün Tavuş vilayəti əvvəlkindən daha çox qorunur.

Xatırladaq ki, aprelin 23-də Azərbaycanla Ermənistan arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırılıb.

  • May:
  • 3

TƏQVİM / ARXİV