Əl-Şaraa: Yaxın günlərdə İsraillə müqavilə imzalana bilər

86 | 2025-09-20 09:30

“Suriya yaxın günlərdə İsraillə təhlükəsizlik sazişi imzalaya bilər, lakin bu, Təl-Əvivlə münasibətlərin normallaşmasına bərabər deyil.”

Adalet.az xəbər verir ki, bunu Suriya prezidenti Əhməd əl-Şaraa bildirib.

"Suriya ABŞ-ın vasitəçiliyi ilə İsraillə razılığa gəlməyə çox yaxındır və yaxın günlərdə sənəd imzalana bilər. Sənəd 1974-cü il razılaşmasına bənzəyəcək. Lakin bu, heç bir halda münasibətlərin normallaşması və ya Suriyanın İbrahim razılaşmalarına qoşulması demək deyil", - əş-Şaraa deyib.

TƏQVİM / ARXİV