Rafael Fiziev zədələndi - UFC-də döyüş ləğv edildi

144 | 2025-09-20 11:49

Azərbaycanlı UFC döyüşçüsü, yüngül çəkidə çıxış edən Rafael Fiziev zədələnib.

Adalet.az xəbər verir ki, bu barədə MM Fighting məlumat yayıb.

Fiziev 12 oktyabrda Rio-de-Janeyroda keçiriləcək turnirin əsas döyüşündə sabiq UFC çempionu Çarlz Oliveyra ilə qarşılaşmalı idi.

Hazırda təşkilatçılar ona rəqibin əvəzlənməsi üçün yeni namizəd axtarır.

TƏQVİM / ARXİV