Zelenski: Rusiya bu gecə Ukraynaya 600-ə yaxın PUA ilə hücum edib

97 | 2025-09-20 11:34

Bütün gecə Ukrayna Rusiyanın kütləvi hücumu altında olub.

Adalet.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Onun sözlərinə görə, Rusiya 40 qanadlı və ballistik raket və 580-ə yaxın drondan istifadə edib.

Zelenski qeyd edib ki, Rusiyanın məqsədi infrastrukturu, yaşayış sahələrini, çülki müəssisələri hədəf alıb: "Dneprdə çoxmərtəbəli binaya birbaşa raket zərbəsi endirilib.

Hücum nəticəsində onlarla yaralı var. Təəssüf ki, üç nəfər ölüb".

Ukrayna lideri qeyd edib ki, Rusiyaya qarşı güclü beynəlxalq cavab lazımdır: "Ukrayna özünü və Avropanı qoruya biləcəyini sübut etdi, lakin etibarlı bir qalxan üçün birlikdə hərəkət etməlidirlər: hava hücumundan müdafiəni gücləndirmək, silah tədarükünü artırmaq, Rusiya hərbi maşınına və onu maliyyələşdirən sahələrə qarşı sanksiyaları genişləndirmək. Rusiyaya qarşı hər bir məhdudiyyət xilas edilmiş həyatdır".

TƏQVİM / ARXİV