Biz kənddə təmiz hava görmüşük, təmiz su görmüşük, mal- qoyun, toyuq - cücə görmüşük. 40-50 il bundan əvvəl kəndi belə görmüşük...Bu yaxınlarda kəndimizə getdim və dediklərimin əksini gördüm.
Və gördüm ki, kəndimiz.40- 50 il bundan əvvəlki kənd deyil! Nə havası həmin havadı, nə suyu həmin sudu, nə də barı- bərəkətı həmin bardır.Elə bil ki,kəndin bütün gözəlliyi, bütün şirinliyi çıxıb gedib göyün yeddinci qatına! Nə isə... Qanım lap qaraldı... Çünki əvvəllər hər həyətdən, hər evdən qoyun- quzu, toyuq- cücə səsi gələrdi, amma indi gəlmir. Bilirsiniz , niyə?! Belə ki, o heyvanları saxlamağa onların otlaq sahələri,örüşləri var idi.
Nə yemə pul verirdilər, nə də digər xərcləri çıxırdı. Kəndə gedəndə qohum- əqrəba sənə , toyuqdan,ətdən,yağdan ,pendirdən ,baldan pay qoyardılar. Hələ bir az da imkanlı qohum quzu kəsib qoyardı.Bütün bunlar ötən illərdə,ötən günlərdə qalıdı!!! Belə ki, hər adamın otlaq sahəsi yoxdur ki, mal- qoyun saxlasın. Camaat mal- qoyunu ona məxsus təsərrüfatlarda saxlayır. İmkanı olmayanlar, otlaq sahəsi olmayanlar mal- qoyunu satdılar.
Ona görə də , bu gün ölkəmizdə mal və qoyun ətininin qiyməti kəllə- çarxa qalxıb.Əgər əvvələr kəndimizdə min evin həyətində mal- qoyun var idisə, 500 evin həyətində mal- qoyun saxlanılır. Bu, kəndinin artıq tükənməsi və ruzisinin azalması deməkdir. Kəndimizin çox həyət- bacasından mal- qoyun, toyuq -cücə səsi gəlmir. Ona görə də, kənd öz gözəlliyin, kolaritin yavaş- yavaş itirir... Və ətin də qiyməti get- gedə daha da bahalaşacaq.Kəndlərimiz öz əvvəlki görkəminə qayıtmasa, biz dəyərlərimizi bir müddətdən sonra itirəcəyik. Gəlin, kəndlərimizi solmağa və sönməyə qoymayaq!!!
Emil FAİQOĞLU


Bakı -°C
