adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Düşmən bizi "daş"la, biz onu "aş"la: Serbiyaya 6,3 milyon kubmetr qaz ixrac olundu

1022 | 2024-04-17 15:04

2020-ci ildə Azərbaycan tarixi imtahan günləini keçirirdi. Düşmən ölkələrin düşmən qonşumuzu silahlandırması biz də təəccüb yaratmadı.
Düşmənçiliyini gözləmədiyimiz ölkələrin sırasında bir də Serbiya var idi. Bəli, 2020-ci il İyulun 20-də Serbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Danitsa Veinoviç Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb və Xarici İşlər Nazirinin müavini Xələf Xələfovla görüş keçirildi.


Bundan sonra Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycan nümayəndə heyətini təsdiqləməkdən imtina etdi. Qətnamə bu ilin yanvar ayının 24-də 76 lehinə, 10 əleyhinə və 4 bitərəf səs olmaqla qəbul edildi. Yəqin ki, xatirinizdədir Azərbaycanın əleyhinə səs verən dövlətlər arasında Ermənistan, Almaniya, Fransa , İtaliya, İspaniya, Portuqaliya, Belçika, Finlandiya, İsveç, Britaniya, Andorra, Avstriya, Xorvatiya, Danimarka, İslandiya, İrlandiya, Litva, Lüksemburq, Malta, Monako, Moldova, San Marino, və nəhayət bir də Serbiya oldu.
Buna baxmayaraq, xüsusən yaxşılıqdan başqa heç bir pisliyimiz keçməyən Serbiya utanmadan Azərbaycandan qaz istehsalını artırmağı xahiş etdi.
Beləki, 2023-cü il noyabrın 15-də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “Srbijagas” şirkəti arasında 2024-cü ildən başlayaraq Azərbaycan qazının Serbiyaya tədarükü ilə bağlı müqavilə imzalandı.

Müqavilə 2024-cü ildə 400 milyon kubmetrə qədər təbii qazın tədarükünü nəzərdə tutur. Gələcəkdə isə bu həcmlərin artırılması planlaşdırıldı.
İndi isə Dövlət Statistika Komitəsi məlumat yayıb ki, Azərbaycan 2024-cü ilin yanvar-fevral aylarında Serbiyaya 6 milyon 274,45 min kubmetr təbii qaz ixrac edib:"Serbiyaya tədarük edilən qazın dəyəri 2 milyon 605,44 min ABŞ dolları təşkil edib.
Söhbət Azərbaycan Dövlət Gömrük Komitəsi tərəfindən qeydə alınan (bəyan olunan) həcmlərdən gedir və bütün bu həcmlər fevral ayının payına düşüb.

Qeyd edək ki, Serbiya müxtəlif illərdə Ermənistanı müxtəlif tipli silahlarla təmin edib. Rəqəmlərə diqqət edək: Hələ 2007-ci ildən Ermənistana silah satışı üzrə öncül yerlərdən birini tutur. Məsələn elə həmin ili İrəvan Serbiyadan 250 ədəd M93 “Black Arrow” snayper tüfəngi və 100 ədəd 30 mm çaplı AGM-17 qumbaraatanı, 2010-cu ildə isə Serbiyanın “CPR Impex” şirkət Bosniya və Hersoqovina üzərindən satışı həyata keçirməklə Ermənistana 200 ədəd M-57 və M70 “Commando” minaatanı və 2016-cı ildə açıqlanmayan sayda 82 mm çaplı M79 dəzgahlı qumbaraatan (həmçinin bu silah üçün döyüş sursatı) və M-80 tipli biratımlı qumbaraatanlar ixrac edib.


Əntiqə Rəşid


 

TƏQVİM / ARXİV