Ukrayna Prezidenti Volodimir Zelenski “Drujba” neft kəmərinin bir hissəsində təmir işlərinin başa çatdığını açıqlayıb.
Adalet.az xəbər verir ki, o bu haqda teleqramda bildirib.
“Avropa İttifaqı ilə kommunikasiyalarda razılaşdırıldığı kimi, Ukrayna “Drujba” kəmərinin Rusiyanın zərbəsi nəticəsində zədələnmiş hissəsinin təmirini başa çatdırıb. Kəmər fəaliyyətini bərpa edə bilər”, - Zelenski vurğulayıb.
Qeyd edək ki, yanvarın 27-də kəmərin cənub qolu ilə nəqllər dayandırılıb. Kiyev bunu infrastrukturun Rusiyanın zərbələri nəticəsində dəymiş ziyanla əlaqələndirib.


Bakı -°C
