adalet.az header logo
  • Bakı -°C
21 Aprel 2026 21:21
87
GÜNDƏM
A- A+

Barat Yusubov işdən çıxarıldığını mediadan öyrəndi: Mənə heç nə deyilməyib

"İşdən çıxarılmağımla bağlı məlumatı sosial mediadan eşitdim, amma buna dair rəsmi bir bildiriş olmayıb".

Adalet.az xəbər verir ki, bu barədə Bakıvaxtı.az-a  "Yeni Klinika"nın direktoru Barat Yusubov işdən çıxarılmağına dair iddialara münasibət bildirərkən  söyləyib.

O qeyd edib ki, məsələ ilə bağlı TƏBİB-dən hər hansı bir bildiriş, göstəriş gəlməyib:

"Sosial mediada yayılan məlumata görə, TƏBİB-ə müraciət edəsi deyiləm. Hər halda belə məsələ olsa idi, mənə də bildirilərdi. Bu gün saat 6-ya qədər işdə olmuşam, sabah da saat 9:00-da işdə olacağam".

Qeyd edək ki, "Yeni Klinika"nın direktoru Barat Yusubov vəzifəsindən azad edildiyi bildirilir. Bakupost.az-ın yaydığı məlumata görə, bununla bağlı TƏBİB-in icraçı direktoru Anar Bayramov tərəfindən müvafiq əmr imzalanıb.Məlumata əsasən, Barat Yusubovun ərizəsi bir müddət əvvəl alınıb və bu gün rəsmiləşdirilib.