adalet.az header logo
  • Bakı -°C
21 Aprel 2026 22:00
110
DÜNYA
A- A+

“Hizbullah” Livanda atəşkəsi pozub”

“Hizbullah” qruplaşması Livanın cənubunda İsrail əsgərlərinə atəşkəs rejimini pozaraq atəş açıb”.

Adalet.az xəbər verir ki, bu haqda İsrail Müdafiə Qüvvələri teleqram kanalında bildirib.

İsrail Müdafiə Nazirliyinin məlumatına görə, “Hizbullah” Livanın cənubundakı Rab Talatin müdafiə xəttinin cənubundakı İsrail ordusunun mövqelərinə bir neçə raket zərbəsi endirib. Buna cavab olaraq İsrail qüvvələri raketlərin atıldığı buraxılış qurğusuna zərbələr endirib.

Qeyd edək ki, aprelin 14-də İsrail və Livan arasında birbaşa danışıqların birinci raundu baş tutub. Aprelin 17-dən qüvvəyə minən 10 günlük atəşkəs razılaşdırılıb.