adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Doğru-düzgün yaza bilməyən sənətçilərimiz - Eminquey yazır

EMİNQUEY AKİF
2063 | 2023-05-18 12:23

 

Bir çox sənətçilərin paylaşımlarına fikir verirəm. Uzağı bir-iki söz, bir-iki cümlə başlıq yazırlar, ya da status, əlli dənə səhv olur.

Məsələn, biri "xoşbəxtlik" sözünü "xöşbəxtlik" yazır.

Biri hələ də Azərbaycan hərflərini tanımır, "Cox xoxbəxtəm" yazır.

Biri bunlar cəhənnəmə, "sirr" sözünü "sir" yazıb "r" hərfinin birini yeyib sirr saxlayır.

Digəri "sevirəm" sözünü "svirəm"yazır.

Rastıma çıxdıqca böyük bir təəssüf hissi yaşayıram.

Hələ o gün Roza Zərgərli paylaşımında belə yazıb: "Yashamimin anlami guzel istrahet et seni seniremmmm". Türkiyə dili ilə Azərbaycan dilini sintez etmək də bir xəstəlikdir. Əslində isə belə yazmalı idi: "Həyatımın mənası, (vergül) gözəl istirahət et, səni sevirəm!".

Barı "seni seniremmmm" yox, "seni seviremmm" yaz da, zalımın qızı. Senirem hansı hissdi, hansı feldi?!

Doğru-düzgün yazan sənətçilər barmaq sayı qədərdir.

Məsələn, Faiq Ağayev kimi. Barı özünüz yaza bilmirsiniz, kiməsə deyin, əvəzinizə yazsın da.

TƏQVİM / ARXİV